Bakının havasında tozun miqdarı normadan 2 dəfə çoxdur

05.06.2014 - 08:40

Hazırda Bakının atmosfer havasında tozun miqdarı normadan 1.7-2 dəfə
çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə
Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova
açıqlamasında bildirib ki, həftənin birinci günü atmosfer havasında
tozun miqdarı normadan 3 dəfə çox olub.

Onun sözlərinə görə, ötən günlərlə müqayisədə havada tozun miqdarında
azalma gedib: “Amma yenə də tozun miqdarı normadan artıqdır və həddi
bir az aşır. Şimal-qərb küləyinin əsməsi nəticəsində toz dənizə tərəf
getdiyi üçün artıq udulur və bir də dövriyyəyə qayıtmır. Türkmənistan
tərəfdən Abşeron yarımadasına yeriyən toz buludu və dumanı artıq
dünəndən şəhərin üzərindən dənizə tərəf gedib. Şimal-qərb küləyi əsdiyi
üçün xeyli udulma və təmizlənmə baş verib. Bir az hündür təbəqələrdə bu
tox duman nisbətən müşahidə olunur. Yağıntı olsaydı bu toz-duman daha
tez baş çatardı. Yəqin ki, bu günün sonuna tamam səpələnər”.

M.Avazova qeyd edib ki, Türkmənistandan toz burulğanlarının axınını
keçən həftədən peykdən müşahidə olunub. Onun sözlərinə görə, 3-4 gün
ərzində mülayim şərq küləkləri əsdiyi üçün onlar toz-dumanını Xəzərin
üzərinə tərəf gətirdi: “Xəzərdə formalaşan vaxt külək şimal-şərq
küləyinə keçdi və sürəti də bir az artdı. Bunun nəticəsində də axını
Abşeron yarımadasına gətirib çıxardı. Əgər şərq küləkləri davam etsəydi
və ya şimal-qərb küləkləri hakimlik etsəydi, bəlkə də toz paytaxta gəlib
çıxmayacaqdı və dənizdə də udulacaqdı”. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=8021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31