Oğurladığı 1 milyon manatdan uşaq evinə yardım etdi
məmulatları şirkətinin baş ofisindən 1 milyon manat oğurlanması faktı
ilə bağlı yeni təfərrüatlar məlum olub.
Abşeron Rayon Polis Idarəsindən verilən məlumata görə, oğurluqda
təqsirli bilinən Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman
oğlu Imaməliyevin anası və qardaşı da iyunun 3-də saxlanılıblar. Fakt
DIN-in nəzarətində olduğundan RPŞ saxlanılan şəxslər barədə əlavə
məlumat vermir. Istintaq şöbəsi isəГї saxlanılan 5 nəfər barəsində
məhkəmə qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyini təsdiq edib.
Məlumat üçün bildirək ki, Ramiz Imaməliyev tərəfindən oğurlanan
məbləğin böyük hissəsi qısa zamanda əyləncəyə, kafe və barlarda gecə
klublarında qızlara xərclənib. 198.500 manat təqsirləndirilən şəxsin
babasının məzarında başdaşının altından aşkarlanaraq götürülüb. Səməd
Vurğun küçəsi-41-də yaşayan R.Imaməliyevin mənzilindən 24 min manat
müsadirə olunub. Oğurluq yolu ilə alınmış “INFINITI markalı maşının
salonunun saxlanc yerindən isə əlavə olaraq, 5 min tapılıb. O da məlum
olub ki, təqsirləndirilən şəxs Salyandakı uşaqlar evinə 2 min manat
bağışlayıb. (APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=8022