İnsan Hüquqları İnstitutunun elmi dəst-xətti nədir?

05.06.2014 - 08:44

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazırdı ki,
Azərbaycan Milli Elmlər Akademiyasının Insan Hüquqları üzrə Institutu
ölkə rəhbərliyinin siyası qərarı ilə yaradılarkən qarşıya qoyulan
məqsədlər həyata keçmədi: “Hələ indiyədək institutun elmi dəst-xətti
bəlli deyil”.

Bu sözlər 2009-cu ilin sonunda yazılsa da, aktuallığını indiyə qədər
itirməyib. Çünki bu institutun elmi dəst-xəttində qeyri-müəyyənlik
azalmaq əvəzinə daha da artıb.

Bioetikanın insan hüquq və azadlıqlarına aidiyyəti varmı?

Direktor Aytən Mustafayevanın 2009-cu ilin yazından bəri rəhbərlik
etdiyi institutun aparıcı elmi mövzusu bioetika olub. Bioetika elmi
təbabətdə yaranan etik müşkülləri araşdıran elmdir. Insan hüquq və
azadlıqları kimi geniş tədqiqat sahəsinə əslində, bioetikanın birbaşa
aidiyyəti yoxdur.

Nəticədə institutun fəaliyyətində əsas insan hüquq və azadlıqları
mövzusu çox dar çərçivədə yer alıb. Hərçənd, indiki inkişaf dövrü üçün
məhz insan hüquq və azadlıqları mövzusu xüsusi aktuallıq kəsb edir.

Müasir dövrdə mütərəqqi sivil sərmayədarlıq cəmiyyəti  istiqamətində
inkişafımızın sürətləndirilməsi üçün AMEA-nın humanitar sahədə çalışan
müxtəlif institutlarının, o cümlədən də Insan Hüquqları üzrə Institutun
peşəkar elmi araşdırmaları mühüm rol oynaya bilər. Təəssüf ki, bu mənada
Insan Hüquqları üzrə Institutun elmi töhfəsi demək olar, yox
dərəcəsindədir.

Kadr problemi

Bildiyimiz kimi, müasir dünyada onlarla iqtisadi, sosial, mədəni,
milli, siyasi, vətəndaş, ekoloji və digər insan hüquq və azadlıqları
mövcuddur. Onların Azərbaycanın müasir keçid şəraitində nə cür təzahür
etməsi, necə idarə olunacaqlarını ilk növbədə məhz Insan Hüquqları üzrə
Institutun mütəxəssisləri araşdırıb dövlət strukturlarına müvafiq elmi
araşdırmalar, tövsiyələr şəklində təqdim ertməlidir. Təəssüf ki, bu
institut həmin işləri yüksək səviyyədə icra etməyə qadir deyil. Bunun
əsas səbəbi isə institut rəhbərinin elmi işləri düzgün təşkilatlandıra
bilməməsi və həddindən artıq kadr axınına yol verməsindən irəli gəlir.
Son beş ildə institutun heyəti ciddi elmi əsaslar olmadan dəfələrlə
direktor tərəfindən dəyişdirilib. Məsələn, əlimdə müdafiə üçün tam hazır
olan namizədlik dissertasiyanın olmasına baxmayaraq, direktor Aytən
Mustafayeva 2010-cu ildə məni institutdan xaric edib.

Aytən Mustafayevanın bu cür kadr siyasəti nəticəsində institutda
insan haqları mövzusu ilə peşəkarcasına məşğul ola biləcək mütəxəssislər
qalmayıb.

Şəxsi-qərəzin nəticəsi

Hazırda institutda insan haqları üzrə peşəkar kadrların olmaması
faktı bu yaxınlarda dissertasiyam üzrə keçirilmiş ilkin müzakirə zamanı
tam aydınlıqla üzə çıxıb. Dissertasiyam insan haqları sahəsində əsas
təsisatlardan biri olan Ombudsman təsisatına həsr edilmişdi. Elmi işimdə
Azərbaycanın Ombudsman haqqında qanununu təhlil edərək
müəyyənləşdirmişdim ki, bu qanunun 40-a yaxın səhvi var. Hətta bu
qanunda Konstitusiyamızın iki bəndini pozan müddəalar mövcuddur.
Dissertasiyamda daha mükəmməl olacaq “Xalq Müvəkkili” (mühtəsib) haqda
yeni qanun layihəsi təklif olunur, ombudsmanla bağlı mükəmməl
hüquq-müdafiə sistemi təqdim edilir.

Dissertasiya işim Ali Attestasiya Komissiyası tərəfindən qoyulmuş
bütün tələblərə cavab versə də, institutun direktoru Aytən Mustafayeva
tərəfindən heç bir elmi əsas gətirilmədən müdafiəsinə yol verilmədi.

Ali Attestasiya Komissiyasının sədri, akademik Arif  Mehdiyev 8
yanvar 2014-cü ilə tarixli 4 saylı əmrilə dissertasiyam müdafiə üçün 31
maya qədər Insan Hüquqları üzrə Instituta, birdəfəlik dissertasiya
şurasına verilib. Bu mərhələdə dissertasiyamın müdafiəsi üçün öncə
seminar, sonra isə əsas müdafiə baş tutmalı idi. Lakin direktor Aytən
Mustafayevanın özbaşınalığı və mənə qarşı anlaşılmaz şəxsi-qərəzi
nəticəsində dissertasiyamın müdafiəsi baş tutmadı.

Dissertasiyamın baxılması sürəci elə seminar mərhələsində Aytən
Mustafayeva tərəfindən Ali Attestasiya Komissiyasının müəyyən edilmiş
bütün qaydaları pozularaq, dayandırıldı.

Qəribəsi odur ki, nə direktor Aytən Mustafayevanın, nə də institutun
elmi şurasının üzvlərinin seminarın keçirilməsi qaydası haqda heç
təsəvvürləri yox imiş. Martın 5-də institutda dissertasiyam üzrə elmi
şuranın iclasında əslində, seminar deyil, artıq çoxdandır ki, arxada
qalmış mərhələ – ilkin ekspertiza, yaxud ilkin müdafiə mərhələsi
təkrarlandı. Bu qəribə hal iclasın videoçəkilişində tam aydınlıqla
müşahidə olunur.

Naşılıq

Videoçəkilişdən göründüyü kimi, dissertasiyamın elmi şurada
müzakirəsinin gedişatı məyusluq yaradır. Iclas iştirakçıları sözümü
yarımçıq kəsərək, qoyulan suallara dolğun cavab verməyə imkan
yaratmırlar. Elmi işimdə əks olunan ombudsman təsisatı kimi zəngin mövzu
üzrə bir dənə də olsun konkret, peşəkar sual verilmədi. Suallar ümumi,
mücərrəd, qeyri-konkret, yaxud texniki səciyyə daşıyırdı. Iclas
iştirakçıları ombudsman təsisatının nəzəriyyəsindən, incəliklərindən
sanki bixəbər idilər. Ombudsman təsisatı insan hüquqları sistemində
mərkəzi təsisatdır. Ona dair elmi şuranın üzvlərinin bilgiləri
səthidirsə, onlar çalışdıqları Insan hüquqları üzrə Institutda insan
haqlarına dair mövzuları nə səviyyədə işləyə bilərlər?

Elmi şuranın iclasında səsvermə zamanı dissertasiyamın müdafiəyə
buraxılmaması haqda qərar qəbul olundu və bu qərar qeyri-qanunidir.
Birincisi, bu qərarın qəbulu üçün kvorum yox idi, səsvermə anına qədər
şura üzvlərinin azı yarısı iclası tərk etmişdi. Ikincisi, mövcud qanuna
görə, seminarı keçirmək üçün elmi şuraya izn verilmir. Seminarı keçirmək
ancaq dissertasiya şurasının səlahiyyəti çatır. Yəni, dissertasiyam
üzrə seminarın elmi şura tərəfindən aparılması ilə Ali Attestasiya
Komissiyasının “Dissertasiya şuraları haqqında Əsasnamənin” 2.1. və 2.2.
bəndləri kobud surətdə pozulub. Əcaba, Insan Hüquqları üzrə Institutda
hələ də bilmirlər ki, dissertasiya üzrə seminarı keçirməyə elmi şuranın
səlahiyyəti yoxdur? Üstəlik, onlar seminarın aparılması qaydasından da
bixəbərdilər. Bu dərəcədə naşılıq olarmı?

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031