Lazımın gəlməyi lazım

05.06.2014 - 08:46

Azərbaycan Respublikasının ancaq məmur və deputatlarının prezidenti
Ilham Əliyevə… Azadlıq olmayan ölkənin “Azadlıq” qəzeti vasitəsilə
növbəti dəfə müraciət edirəm…

Mən artıq başa düşdüm ki, Mirdamət Sadıqov və Rövşən Ağayev Əliyevlər
siyasətini və kursunu bəyənmirlər. Görünür, onların azacıq da olsa
vicdanı var. Çünki Əliyevlər hakimiyyəti beynəlxalq tribunalardan öz
hakimiyyətlərinə hər hansı şəkildə təpkilər olanda 1 (bir) milyondan çox
qaçqın və məcburi köçkünlərin adından saxta ürək yanğısı ilə şivən
qoparırlar. Ancaq ən çox insan haqlarını pozan öz məmurlarıdı. Belə
olmasaydı, bu 23 ildə bir dəfə bizimlə maraqlanardılar. 

Əvvəllər elə başa düşürdüm ki, Mirdamətin və komandasının köçkünlərə
qarşı antipatiyası var. Ancaq belə məlum oldu ki, bu hakimiyyətin siyasi
kursu budur. Sadəcə olaraq Mirdamət Sadıqov hakimiyyətə siyasətdən
deyil, elə birbaşa gəldiyinə görə öz əməlləri ilə hakimiyyətin iç üzünü
açdı…

Sağ ol səni, professor. Bəlkə, MM-in deputatları, siz də bu
professordan nümunə götürüb haqqa gələsiniz. Sözün düzünü deyəsiniz. Axı
axirət var! Allahdan qorxun!..  Telekanallardan öyrəndim ki,
vətəndaşlıqdan çıxmaq haqda yeni qanun qəbul olunub. Bizlər heç yerə
gedəsi deyilik!.. Bu vətən bizə babalarımızdan əmanət qalıb və borcumuz
onu gələcək nəslə ötürməkdir. Bəlkə, Əli Həsənov da hörmətli
professordan nümunə götürüb özündən yuxarıdakılara desin ki, yetər
artıq!.. Bu yazıqların adından nə qədər neft pulu silməklə məşğul
olacam. Axı mənim də vicdanım var!.. Mən də insanam!.. Artıq dözə
bilmirəm, öz vətənimdə köçkün adıyla yaşamaqdan utanıram, yerli əhalidən
də üzr istəyirəm, artıq onların da üzünə baxa bilmirəm. Onlara məxsus
torpaqlarda köçkün barakları tikilir, hələ də tikilməkdə davam edir,
deyəsən, Qarabağ yaddan çıxarılır. Axı onların da torpaqlara böyük
ehtiyacı var. 

Deyirəm, bəlkə, bütün rayonlarda icra başçılığına professor və
alimləri göndərəsiniz. Bir şərtlə ki, müavinləri də vətən uğrunda
döyüşməkdən saxta sənədlərlə yayınanlar olsunlar…

Deyəsən, “Lazım gələrsə”nin axtarışı ilə çox ciddi məşğul olmağın
vaxtı çatıb. Lazım, bəlkə sənin də vicdanın oyana! Axı biz də yazığıq!
Hardasan, haralardasan?!.

Əliyev Səhrad Əli oğlu, Ağdam rayonundan məcburi köçkün, Ismayıllı şəhəri, qəsəbə 45, ev H-4

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8024

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031