B qrupu: İspaniyanın “dəfni” olacaqmı?

05.06.2014 - 08:50

Maksimus kimi İspaniya millisinin də meydanda uduzmaq sırası, deyəsən, gəlib…
Braziliyada
keçiriləcək XX dünya çempionatında B qrupunda (İspaniya,Hollandiya,Çili
və Avstraliya) Avropanı təmsil edən iki ölkənin millisinin-son dünya
çempionu İspaniya ilə Hollandiyanın növbəti mərhələyə çıxmaq şansları
daha yüksək qiymətləndirilir. 
Sonuncu mundialın qalibi
İspaniya millisinin adı yenə də favoritlər siyahısındadır. Amma
proqnozlara görə, bu dəfə ispanlar Braziliyada “dəfn ediləcək”.
İspaniya
son dünya çempionu, FİFA-nın reytinqində lider olan komandadır.
İspanlar statuslarına görə qrup mərhələsini qalib kimi tamamlamağa
məcburdurlar. Bu, necə deyərlər, ispanlar üçün bir şərəf məsələsidir.
Amma yenidən çempionluq? Məşhur “Qladiator” filminin “İspaniyalı” ləqəbi
ilə tanınan qəhrəmanı Maksimus kimi İspaniya millisinin də meydanda
uduzmaq sırası gəlib, deyəsən… Bu məğlubiyyətə böyük ehtimalla, məhz
Braziliyada şahidlik edəcəyik. 2013-cü ilin yayında Konfederasiyalar
kubokunda Braziliya ispanlara yerini göstərdi, dünya çempionatında da bu
tarix təkrarlanmalıdır. Amma çətin ki, biz Braziliya-İspaniya finalını
görək. İspanlar daha tez ələnəcəklər məncə…
Seçmə
mərhələdə Fransa, Finlandiya, Gürcüstan və Belarus milliləri ilə eyni
qrupda yer alan ispanlar mundialda da kifayət qədər asan hesab olunacaq
rəqiblərlə eyni qrupa düşdü. 13 dəfə mundialda iştirak edən İspaniya
millisi heç də uğurlu çıxış etməyib. Əsasən 1/8 və 1/4  finala qədər
irəliləyən ispanlar ən yaxşı halda 4-cü (1950) olmağı bacarıblar.
İspaniya
milli komandasının baş məşqçisi Visente Del Boske Braziliyada
keçiriləcək dünya çempionatı üçün yekun heyətə Lorente, Neqeredo və
Navasın adını daxil etməyib.  Beləliklə, ispanlar mundiala kimlərlə
gedirlər? 
Qapıçılar: İker Kasilyas (“Real”), Xose Reyna (“Napoli”), David De Xea (“Mançester Yunayted”).
Müdafiəçilər:
Serxio Ramos (“Real), Jerar Pike, Jordi Alba (hər ikisi “Barselona”),
Raul Albiol (“Napoli”),  Xavi Martines (“Bavariya”), Sesar Aspilikueta
(“Çelsi”), Xuanfran (“Atletiko”).
Yarımmüdafiəçilər:
Xavi, Andreas İnyesta, Serdji Buskets, Sesk Fabreqas (hamısı
“Barselona”), Xabi Alonso (“Real”), Koke (“Atletiko”), Santi Kazorla
(“Arsenal”), Xuan Mata (“Mançester Yunayted”), David Silva (“Mançester
Siti”).
Hücumçular: Pedro (“Barselona”), Dieqo Kosta, David Vilya (hər ikisi “Atletiko”), Fernando Torres (“Çelsi”).
Kifayət
qədər ulduz oyunçuların toplandığı İspaniya  komandasının heyətlə bağlı
problemləri var. İlk növbədə hücum xəttində liderin olmaması İspaniya
millisinə çətin vəziyyətə sala bilər. Fernando Torres (“Çelsi”) və David
Vilya (“Atletiko”) son illər zəif  çıxış edirlər. Komandanın əsas
qapıçısı İker Kasilyas (“Real”) da əvvəlki kimi inamlı görünmür.
 Braziliyada
keçiriləcək mundial komandanın bəzi aparıcı üzvləri üçün sonuncu böyük
turnir olacaq. Söhbət Xavi, Puyol, Vilya və Alonsodan gedir. Bu siyahıya
ehtimal olaraq Kasilyasla Torresin də adını əlavə etmək olar. 
Maraqlıdır
ki, ispanlar asan qrupa düşsələr də,  həm Hollandiya, həm Çili onlar
üçün asan rəqib hesab edilmir.  Məsələn, hollandlarla son beş
qarşılaşmada İspaniya  yalnız birində qələbəyə seviniblər. 2010-un dünya
çempionatının finalında əlavə vaxtda vurulan qol sayəsində (1:0).
İspaniya indiyədək Çiliyə məğlub olmasa da, son vaxtlar bu komandanı
çətinliklə udur və ya heç-heçə edir: Statistikaya diqqət edək: 2010-un
qrup mərhələsində 2:1, 2011-ci ildə yoldaşlıq görüşündə 3:2 və 2013-cü
ildə 2:2.   
 
Bəxtsiz hollandlar 
Doqquz
dəfə dünya çempionatının həyəcanını yaşayan Hollandiya millisi “bəxtsiz
komanda” hesab olunur. Qatıldıqları çempionatlarda adətən, stabil oyun
nümayiş etdirən “holland zanbağı” sonluğu gətirə bilməyir. Bu səbəbdən
də Hollandiya millisi hələ ki dünya kubokunu başı üzərinə qaldırmaq
sevincini yaşamayıb. Üç dəfə mundialın finalınadək irəliləyən hollandlar
hər üç görüşdə uğursuzluğa düçar olub. 1974-cü ildə Qərbi Almaniyaya
(AFR) (1:2), 1978-ci ildə Argentinaya (1:3) məğlub olan Hollandiya
millisi sonuncu mundialda İspaniya (0:1) ilə qarşılaşmada da meydandan
məğlub ayrılıblar. 
Seçmə mərhələdə Rumıniya,
Türkiyə, Macarıstan, Estoniya və Andorra milliləri ilə eyni qrupda
mübarizə aparan hollandlar qrup mərhələsini adlamaqda çətinliklə
üzləşmədilər. Lui Van Qalın baş məşqçi postuna gəlişindən sonra isə
“narıncılar”ın heyətində  bir sıra dəyişikliklər edilib. Komandaya bir
sıra gənc futbolçular dəvət edildi. Təsadüfi deyil ki, Hollandiya
millisi indi  mundialın ən gənc komandasıdır.  
Komandanın heyəti ilə tanış olaq: 
Qapıçılar: Tim Krul (“Nyukasl”), Jasper Kilessen (“Ayaks), Miçel Vorm (“Suonsi”)
Müdafiəçilər:
Pol Verhaeq (“Ausburq”), Stefan de Vriy, Bruno Martins İndi, Terens
Konqolo (hər üçü “Feyenord”), Daley Blind, Jol Veltman (hər ikisi
“Ayaks”), Ron Vlar (“Aston Villa”), Darl Yanmat (“Feyenoord”)
Yarımmüdafiəçilər:
Uesli Sneyder (“Qalatasaray”), Leroy Fer (“Norviç Siti”), Naycel de
Yonq (“Milan”), Yordi Klasi (“Feyenord”), Conatan de Quzman (“Suonsi”),
Georginyo Veynaldum (PSV)
Hücumçular: Aryen
Robben (“Bavariya”), Robin van Persi (“Mançester Yunayted”), Klas Yan
Huntelar (“Şalke”), Dirk Kuyt (“Fənərbaxça”), Jermen Lens (“Dinamo”
Kiyev), Memfis Depay (PSV)
Orta yaşı 24-dən
azan olan bu yığmanın əsas ümidi yaşları 30 olan yarımmüdafiəçilər Uesli
Sneyder (“Qalatasaray”), Aryen Robben (“Bavariya”), hücumçular Robin
van Persi (“Mançester Yunayted”) və Klaas-Yan Huntelaardır (“Şalke”). 
Yüksəlişdə olan komanda-Çili 
Çili
son illər yüksəlişdə olan komandadır. Çili üçün Braziliyadakı mundial
sayca doqquzuncu olacaq. Çilililər 1962-ci ildə ölkələrində keçirilən
dünya kubokunda üçüncü olmaqla tarixlərinin ən böyük uğuruna imza
atıblar. Çili millisi kənarda qaldığı 11 dünya çempionatından ikisində
öz istəyi ilə, ikisində isə cəzalandığı üçün iştirak edə bilməyib. Yeddi
dəfə isə seçmə mərhələni adlamaqda çətinlik çəkib. Sonuncu mundialda
cənubi amerikalılar 1/8 finala qədər irəliləyə bilmişdi.
Xorqe Sampaolini heyətə bu oyunçuları dəvət edib:
  
Qapıçılar: Klaudio Bravo (“Real Sosyedad”), Conni Errera (“Universidad de Çili”), Kristofer Toselli (“Universidad Katolika”)
Müdafiəçilər:
Qonzalo Hara (“Nottingem Forest”), Markos Qonzales “(Yunion
Espanyola”), Enzo Andiya (“Universidad Katolika”), Xose Roxas
(“Universidad de Çili”), Euqenio Mena (“Santos”), Marselo Diaz (“Bazel”)
Yarımmüdafiəçilər:
Qari Medel (“Kardiff”), Mauriso isla, Artur Vidal (“Yuventus”), Xorxe
Valdiviya (“Palmeyras”), Felipe Qutyerres (“Tvente”), Rodriqo Milyar
(“Atlas”), Xose Fuenzalida (“Kolo Kolo”), Pablo Ernandes (“O Hiqqins”),
Matias Fernandes (“Fiorentina”), Fransisko Silva (“Osasuna”), Çarlz
Aranhuis (“İnternasyonal”), Karlos Karmona (“Atalanta”), Miiko Albornoz
(“Malmö”)
Hücumçular: Aleksis Sançes
(“Barselona”), Esteban Parades (“Kolo Kolo”), Eduardo Varqas
(“Valensiya”), Qustavo Xavyer Kanales (“Yunion Espanyola), Jan Bosejur
(“Viqan”), Maurisio Pinilya (“Kalyari”), Fabian Orellyana (“Selta”)
Bu
yığmanın əsas ümidləri isə yarımmüdafiəçi Arturo Vidal (“Yuventus”) və
hücumçu Aleksis Sançesdir (“Barselona”). Xüsusilə birinci futbolçu,
dizinin zədəsi hələ tam sağalmasa da, son vaxtlar dünyanın ən yaxşı
yarımmüdafiəçilərindən biri olduğu barədə iddiaları doğrultmağa
çalışacaq. 
Mundialın turistləri: Avstraliya millisi 
Avstraliya
millisini bu  qrupun autsayderi olacağı gözlənilir. Necə deyərlər,
onlar bu mundiala turist kimi gəliblər. 1974-cü ildə ilk dəfə mundialda
iştirak edən bu milli cəmi üç dəfə dünya çempionatlarının final
mərhələsinə qatıla bilib. Bu milli kopmanda 2006 və 2010-cu ildə
 keçirilən çempionatlarda  4 xal toplaya biliblər. 
Seçmə
mərhələdə Oman, Səudiyyə Ərəbistanı və Tailandla eyni qrupda mübarizə
aparan avstraliyalılar keçirdikləri 6 oyundan 5-də qalib gələrək final
mərhələsinə vəsiqə qazanıblar. 
Avstraliya milisinin heyəti aşağıdakı kimidir:
Qolkiper: Metyu Rayan (“Brügge”), Mitçell Lanqerak (“Borussiya” D), Yudşin Qalekoviç (“Adelaida”)
Müdafiəçilər:
İvan Franjiç (“Brisben”), Metyu Şpiranoviç (“Vestern Sidney”) Kyurtis
Qud (“Nyukasl”), Beyli Rayt (“Preston”), Ceyson Devidson (“Herakles”),
Lyuk Uilkşir (“Dinamo”), Aleks Uilkinson (“Çonbuk”), Rayan Makqovan
(“Şaldun”)
Yarımmüdafiəçilər: Oliver Bozaniç (“Lütsern”), Mile
Yedinadk (“Kristal Pelas”), Mark Milliqan (“Melbern”), Ceyms Hollend
(“Austriya”), Massimo Luonqo (“Suindon”), Adam sarota (“Utrext”), Mett
Makkey (“Brisben”), Mark Breşiano (“Al-Qarafa”), Coşua Brillant
“Nyukasl”), Tim Kehill (“Nyu-York”), Tomas Roqiç (“Melbern”), Dario
Vidoşiç (“Syon”)
Hücumçular: Coşua Kennedi (“Naqoya”), Tomas
Oar (“Utrext”), Ceyms Troisi (“Melbern”), Ben Helloran (“Fortuna”), Adam
Taqqart (“Nyukasl”), Metyu Leki (“Frankfurt”) //Musavat.com//

Short URL: http://www.cumhuriyyet.net/?p=8025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31