ABŞ-da Azərbaycanla bağlı xüsusi dinləmələr keçiriləcək

05.06.2014 - 08:53

“Bu növbədənkənar dinləmələrdir”


ABŞ  Helsinki Komissiyası
Azərbaycanla bağlı xüsusi dinləmə keçirəcək. Dinləmə iyunun 11-nə təyin
olunub. ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan
haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki
Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın
tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq
qüvvələrə yardım edir. 
Bunlarla yanaşı,
Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü
olmasına baxmayaraq  mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi
rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid
olunur. “Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə,
dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlər, demokratiya
və insan hüquqları sahəsində  vəziyyət barədə bir sıra məruzəçilər çıxış
edəcək. Bunların sırasında ABŞ dövlət katibinin müavinin iki köməkçisi
də var-Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin
(Avropa işləri üzrə). Dinləmələrdə həmçinin NED təşkilatının Rusiya və
Avrasiya üzrə direktoru Miriam Lanskoy  və Corctaun Universitetindən
Brenda Şafer çıxış edəcəklər.
Azərbaycanı dinləmələrdə ABŞ-dakı səfir Elin Süleymanovun təmsil edəcəyi bildirilir. 
Qeyd
edək ki, 2013-cü ilin 17 iyulunda da ABŞ Helsinki Komissiyası
Azərbaycanla bağlı dinləmə keçirmişdi. Dinləmədə Azərbaycanın səfiri
Elin Süleymanovla yanaşı, deputat Səməd Seyidov, EL Hərəkatının sədri
Eldar Namazov, REAL Hərəkatının rəhbərlərindən Erkin Qədirli və digər
şəxslər iştirak etmişdilər.
11
iyun dinləməsi yeni təyin olunduğu üçün Bakıdan iştirak üçün kimlərin
gedəcəyi hələ bəlli deyil. Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında
bildirib ki, 11 iyuna təyin olunan dinləmələr növbədənkənar
dinləmələrdir. Bu dinləmələrin günü, hazırlıq işləri barədə əvvəldən
informasiya verilməyib: “Yəqin bu son həftələrdə baş verən hadisələrlə, o
cümlədən Azərbaycan-ABŞ münasibətlərində son vaxtlar müşahidə olunan
vəziyyətlə bağlıdır. Ola bilsin ki, diqqət mərkəzində  bəzi Azərbaycan
rəsmilərinin son vaxtlar ABŞ səfiri Riçard Morninqstarın üzərinə
hücumları, vətəndaş cəmiyyətinə qarşı repressiyalar və rəsmi Bakının
insan hüquqları sahəsində öhdəliklərinə məhəl qoymaması kimi məsələlər
olacaq. Mənim həm Avropaya, həm ABŞ-a yaxın zamanlarda səfərlərim
nəzərdə tutulub, hazırlıq işləri gedir. Ancaq bu səfər 11 iyun
dinləmələri ilə bağlı deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31