Bayılda plana düşən gecəqondular söküldü

05.06.2014 - 09:00

 

 

 

Su İdman Sarayının tikintisi ilə bağlı uçurulan evlərin yerində park salınacaq

Bakının
Bayıl qəsəbəsində gecəqondu tipli evlərin söküntüsünə başlanılıb. İş
icraçılarından “Yeni Müsavat”a verilən məlumata görə, söküntü işləri
hazırda tikintisi davam edən Su İdman Sarayı və yaxınlıqdakı piyada
keçidinə görədir.

Əvvəllər neft
buruqların olduğu ərazilərdə inşa edilən bu evlərin sakinləri isə bir
müddət əvvəl köçürülüb. Öncələr bu ərazidə yaşayan Qalib Məmmədovun
“Yeni Müsavat”a verdiyi məlumata görə, evlərin kvadrat metri üçün onlara
1500 manat kompensasiya ödənilib: “Ümumilikdə 45 min manat pul aldım.
Həmin pula ev almaq istəyirəm, tapa bilmirəm. Gərək Bakıdan bir qədər
kənarda torpaq alım, ev tikim. Başqa çarəm yoxdur”.

Ərazidə
olarkən öyrəndik ki, Su İdman Sarayının tikintisi ilə bağlı sökülən
evlərin yerində park salınacaq. Yaxınlıqdakı yol isə bir qədər
genişləndiriləcək. Burada eyni zamanda  yeni yol bağlantılarının və
piyada keçidinin tikintisi aparılır. Ümumilikdə həmin ərazidə 5 yol
bağlantısının inşası həyata keçirilir. 

İş
icraçılarından birinin məlumatına görə, onların uzunluğu 5711 metr
təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü
isə 4 zolaqlı olacaq. Yeni yaradılacaq bağlantıların üçü vasitəsilə Su
İdman Sarayına giriş və çıxış mümkün olacaq. Həmin ərazidə eyni zamanda
bir neçə gündür yeni yeraltı piyada keçidinin tikintisi aparılır.
Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olacaq.

Su
İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda
təşkil olunacaq yay oyunlarına görə tikilir. Su İdmanı Sarayının
layihələndirilməsini və tikintisini Koreya Respublikasının “Securo
CO.LTD” şirkəti həyata keçirir. 

Su İdmanı
Sarayı üçün Bayılda 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min
kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə
tam cavab verəcək. Sarayda üç üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni
25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə
məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25,
eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans
zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.

Sarayın
ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil
yerüstü dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6
min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri,
respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür
şərait olacaq. Eyni zamanda bu ərazidə Avropa Oyunları Parkının layihəsi
əsasında da inşaat işləri aparılacaq.

18
hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan –
su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları
qurğularından ibarət olacaq. Bu qurğular arasında ikimərtəbəli
funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən
ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılıb. 

Avropa
Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional
otaqların inşası da nəzərdə tutulur. Parkda həmçinin mətbuat və yayım
üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət
sahələri yaradılacaq. (Musavat.com)

 
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8028

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031