Mer avtovağzal məsələsinə aydınlıq gətirdi

05.06.2014 - 10:19

Hacıbala Abutalıbov Ziya Məmmədovla aralarında  gərginlik olmadığını deyir 

“Ziya Məmmədovla aramda hər hansı gərginlik yoxdur. Bu barədə
yazılanlar əsassızdır”. Bu sözləri “Azadlıq”a Bakı Şəhər Icra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəqliyyat naziri Ziya
Məmmədovla aralarında gərginlik yaranması barədə yayılan xəbərlərə
münasibət bildirərkən deyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, Ziya
Məmmədovla Hacıbala Abutalıbov  Avtovağzal Kompleksinin olduğu ərazidə
“toqquşub”lar. Iki məmuru üz-üzə gətirən isə Bakı-Sumqayıt və
Sumqayıt-Bakı istiqamətində avtomobil magistralında yaranan tıxacların
aradan qaldırılması üçün salınan yoldur. Layihənin icrasına başlanmazdan
öncə prezidentə yolun layihəsi təqdim olunub, bu haqda dövlət başçısına
məruzə edilib. 

Məlumata görə, nazirin məruzəsində tikinti zolağına düşən obyektlər
sırasında H.Abutalıbova məxsus 5 hektar torpaq sahəsi olub. Bu haqda
BŞIH rəhbəri məsələdən xəbərdar olub. Bundan sonra Abutalıbov hərəkətə
keçib; nəticədə plan dəyişdirilib. Həmçinin Bakı rəhbərinə bəlli olub
ki, ilkin sənədlərdə onun torpaq sahəsi tikinti zolağına düşməli
deyilmiş, başqa bir ərazidən keçməli imiş. H.Abutalıbov yolun
istiqamətinin dəyişdirilməsinin səbəbi ilə maraqlanıb və öyrənib ki,
ilkin sənədlərə görə yol Ziya Məmmədovun yaxınlıqda yerləşən
obyektlərinin ərazisindən keçməli imiş. Ona görə də belə bir dəyişiklik
baş verib. Buna görə BŞIH rəhbəri ilə nəqliyyat naziri arasında ciddi
narazılıq olub.

Hacıbala Abutalıbov isə bildirir ki, deyilən yerdə ona məxsus ərazi,
obyekt yoxdur: “Əgər sübut eləsələr var, mən həmin ərazini bu xəbəri
yazan jurnalistə bağışlayaram. Bundan başqa mən ümumiyyətlə bilmirəm
söhbət hardan gedir. Yol çəkilişi Nəqliyyat Nazirliyinin
səlahiyyətindədir və mən bu məsələ ilə maraqlanmıram. Deyilənlərin heç
bir əsası yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31