İsveçrə prezidentinin Bakıda Əliyevlə nələrdən danışdığı bilindi

05.06.2014 - 10:35
Bu ölkənin Xarici İşlər Nazirliyi Burkhalterin səfərilə bağlı bəyanat yaydı

Bu ölkənin Xarici İşlər Nazirliyi Burkhalterin səfərilə bağlı bəyanat yaydı
 

Bakıda Qarabağ münaqişəsinə yeni yanaşma təklif edilib, Rauf
Mirqədirov və Leyla Yunusa qarşı repressiyalardan narahatlıq ifadə
olunub

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter
Cənubi Qafqaza səfərinin əvvəlində Qarabağ münaqişəsilə bağlı sülh
razılaşmasına aparan struktur danışıqlarına başlamağı təklif edib.
İsveçrə
prezidentinin bazar ertəsi Bakıda dövlət başçısı İlham Əliyev, hökumət
nümayəndələri, müxalifət partiyalarının liderləri, QHT-çilər, həmçinin
münaqişə tərəflərinin təmsilçilərilə görüşündən sonra bu ölkənin Xarici
İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, cənab Burkhalter ATƏT
sədri kimi münaqişə tərəflərinin problemdən çıxış yolu axtarmaqda davam
etməli olduğunu vurğulayıb.
“Biz əminik ki, addım-addım sülhə
yaxınlaşmalıyıq. Azərbaycan və Ermənistan prezidentləri arasında yeni
görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi
təklifi irəli sürüldü və biz də bu fikri dəstəklədik. Görüşün yaxın
gələcəkdə keçirilməsinin tərəfdarıyıq. Bu görüş danışıqların yeni
mərhələsinin hesabat nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh
razılaşmasına aparacaq struktur danışıqları prosesi ola bilər.
Danışıqlar prosesi mütləq Madrid prinsipləri əsasında aparılmalıdır”, –
deyə ATƏT sədri bildirib.
Burkhalter vurğulayıb ki, İsveçrənin sədrliyilə ATƏT hər iki tərəfin sülhə nail olmaq cəhdlərinə dəstək verməyə hazırdır.
İsveçrə
prezidenti münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərinin nümayəndələri
arasında birbaşa təmasların vacibliyindən də danışıb. Bildirib ki,
tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılması, qarşılıqlı
etimadın yaranması və möhkəmlənməsi baxımından bu çox vacibdir.
Burkhalter iki ölkənin nümayəndələrinin yaxınlaşması istiqamətində
fəaliyyət göstərən şəxslərə qarşı repressiyalardan narahatlığını da
ifadə edib.
Qeyd edək ki, İsveçrə prezidenti bu istiqamətdə
fəaliyyətinə görə repressiyalara məruz qalanlardan bəhs edərkən
Azərbaycanda ermənilərlə işbirliyində günahlandırılaraq, dövlətə xəyanət
ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirov, bu cinayət işi üzrə
təqib olunan hüquq müdafiəçisi Leyla Yunusu nəzərdə tutur.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8040

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31