“Baron” ləqəbli məmur…
Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib

başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik
etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə
yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə
yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor
Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını
verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə
evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.
başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120
idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri — 48
idarə, Kollektorların İstismar İdarələri — 8 idarə, Su Anbarların,
hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri — 13 idarə,
Meliorasiya İdarələri — 4 idarə, Mexaniki Suvarma İdarələri — 10 idarə,
Subartezan Quyularının İstismar İdarələri — 9 idarə, Melioservis
İdarələr — 23 idarə, Azmelsutəsərrüfat — ASC, Texnoloji İstehsalat və
Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin
Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan
Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və
Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət
İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş
İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni
zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd
Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard
manatı keçir.
Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini
araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə
olduğunu görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat və
Komkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyyat
hissələrinin, su nasos ehtiyyat hissələrinin, su nasoslarının və başqa
hissələrin alınması üçün 18 milyon 132 min (18132 23 6) manat köçürmə
əməliyyatı həyata keçirib.
ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir. Məsələn, elə
bu ilin əvvəlində ölkə Prezidentinin sərəncamı ilə büdcədə nəzərdə
tutulandan əlavə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15,0
(on beş) milyon manat ayrılıb.
verən Əhmədzadə “Son on ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin
həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı
kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” deyə bildirib.
pullar dövriyyəsi” olan dövlət müəssələrində böyük maxenasiyalar da
olur- qaydası burda da öz qüvvəsində qalır. Prezident seçkilərindən
sonra cənab Əhmədzadənin adı işdən azad ediləcək məmurlar arasında
səslənsə də, o hələ də postundadır. Kür daşqınları zaman ortaya çıxan
problemlər, suvarma sistemlərin çəkilməsi ilə bağlı “oyunlar” (məsələn
bir çox regionlarda suvarma sistemləri çəkilsə də, ora su verilməsi
həyata keçirilmir) Əhmədzadənin nüfuzuna ciddi zərbə vursa da o,
vəzifədən uzaqlaşdırılmadı.
qeyd etmişdik ki, Azərbaycan Respublikasında məmurlara bizneslə məşğul
olmaq qanunla qadağan edildiyi üçün, onların bir çoxu öz bizneslərini
övladlarının adına keçirir. Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də
atası sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib.
Onun İngiltərə və Çexiyada olan 2 şirkəti haqqında (“ALPS s.r.o.”,
“GYUNEL LİMİTED”) əvvəlki araşdırmada məlumat vermişdik. Bu
araşdırmamızda izinə düşdüyümüz “GLOBALLY LTD” adlı daha bir şirkət
haqqında məlumatları təqdim edirik.
adı gizli saxlansa da, biz Cümə Əhmədzadənin təsisçisi olduğu
şirkətlərin adlarını müəyyənləşdirə bildik.
“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli
Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin həmdə otelllər
zəncirinin sahibi olduğu da bildirilir. Dəqiqləşdirdiyimiz məlumata
əsasən, onlardan birinin açılışında şəxsən ölkə Prezidenti İlham Əliyev
də iştirak edib. Əhmədzadələr tərəfindən artıq tamamən özəlləşdirildiyi
bildirilən Qax rayonunda tikilən “El-Resort” oteli bu alənin Prezidnetin
iştirakı ilə açdığı obyektlərdən biridir.Digərləri barədə də aşağıda
məlumat veriləcək.
dəqiqləşdirə bilmədik) ” İlisu Uludağ Turizm və İstirahət
Kompleksi”nin açılışında da şəxsən Prezident özü iştirak edib.
Əhmədzadə hal-hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısıdır.
Yəqin ki, Zaqatalada baş verənlər barədə mətbuatda mütəmadi olaraq
oxuyursuz. İdarə müdürlərindən tələb olunan rüşvət, Zaqataladakı torpaq
sahələrinin baha qiyməti satılması, tikinti biznesi, xaricdəki
şirkətləri barədə xəbərlər tez-tez eşidilir. Xüsusən də, onun Kiprdə
qurduğu biznes və orda satın aldığı ali təhsil müəssəsi barədə xəbərlər
xeyli vaxtdır ki gündəmdədir. Biz Mübariz Əhmədzadə haqqındakı
məlumatları araşdırarkən maraqlı bir faktla qarşılaşdıq. Yenə də
Azərbaycan Respublikasında məmurların bizneslə məşğul olması ilə bağlı
qanunu xatırladaraq,onun təsisçisi olduğu şirkət haqqında məlumatı
təqdim edirik.
məlum oldu ki, həmin bu şirkət 2009-cu ilin sentyabrında qeydiyyatdan
keçib. Zaqatalanın İcra başçısının sahibi olduğu bu şirkət cəmi bir neçə
aydan sonra Qax Rayon Avtovağzalının tikintisinin sifarişini alıb və
yuxarıda qeyd elədiyimiz kimi Prezident Zaqatala rayon icra
hakimiyyətinin başçısının şirkətinin Qaxda tikdiyi avtovağzalın
açılışına gəlib. Göründüyü kimi, sahibkarlıqla məşğul olmamaq haqqında
qanunu pozan məmurun sahib olduğu müəssisələrin açılışındakı qırmızı
lentini Prezident şəxsən kəsir.
Əhməd kimi hələ sovet dövründən müxtəlif vəzifələrdə çalışmış Mübariz
Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısı olub.Hal-hazırda isə bu
vəzifəni Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyev tutur. Ümumiyyətlə,
bu nəsildə vəzifəni bir-birinə ötürmək ənənəsi var. Məsələn,
Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadə Qax Rayon xəstəxanasının
baş həkimi olub. Keçən il kabinetində ürək tutmasından həyatını dəyişən
Fərman Əhmədzadənin yerinə oğlu Tərlan Əhmədzadə keçib. Qayıdaq Qaxın
hal-hazırkı icra başçısı Musa Şəkiliyevə.Demək olar ki, xalaoğlu
Şəkiliyev Əhmədzadələrin əlində boş fiqurdur, Qax yenə də tamamən
onların nəzarətindədir.
Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısı yox, bir nömrəli
biznesmeni adını verib.Belə ki, Qaxın meşələri hesabına mebel biznesini
genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı ən
böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək
böyük gəlir əldə edir.
olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə fəaliyyət üçün çox az sahə qalıb.
Buna görə də icra başçısı xüsusi amansızlıqla əhalini istismar edir.
Xüsusən də İlisunun kurort zonası tanınması üçün çalışan ailə yerli
camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir.
Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli
əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan
olunub. Bu iş sadəcə icra başçısının monopoliyasına alınıb. Əhalinin
şikayət edəcəyini bildiyinə görə, icra başçısı Musa Şəkiliyev onların
Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün
açılışında iştirak edən Prezident İlham Əliyevə yaxınlaşmasına imkan
verməyib.
olunan Həşim Həsənov keçmiş icra başçısı Mübariz Əhmədzadənin qızının
baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə
Nazirliyində məsul vəzifədədir.
Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də bu
nəsildəndir. Əhalinin Qaxda ən çox narazılıq elədiyi məmurlardan olan
Vüqar Əhmədzadənin var-dövləti icra başçısından az deyil və söhbət
etdiyimiz Qax sakinləri bizi Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyini
Qax şöbəsində yoxlama aparmağa çağırdılar.
Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Gömrük İdarəsində rəis
müavinidir. Onun adına da yəqin ki, mətbuatda tez-tez rast gəlirsiniz.
Təkrara yol verməmək üçün biz Coşqun Əhmədzadə barədə olan şikayətləri
yenidən işıqlandırmadıq.
İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu
yaxınlarda işdən azad edilən keçmiş rəisi, polis polkovniki Cavad
Şıxəliyev Əhməd Əhmədzadənin bacısının həyat yoldaşıdır.
edilmiş Əhmədzadə ailəsinin üzvləri və yaxınları həm də öz bizneslərini
genişləndirərərək geniş bir klan qurmağa nail olub. Biz bunun sadəcə bir
hissəsini araşdırıb tapa bildik. Araşdırmanı hazırladığım zaman bir
məsələnin də şahidi oldum ki, Meliorasiya və Su Təsərrüfatı ASC
tenderlərini verərkən onların arasında 2013 -cü ildə qeydiyyatdan keçmiş
bir çox şirkətlər var, qanunla 3 ildən az fəaliyyəti olan şirkətlərə
tender verilməsi yasaq olduğu üçün adı çəkilən qurumun maliyyə və tender
hesabatları ilə bağlı ayrıca bir iqtisadi araşdırma üzərində işləyirəm.
Short URL: http://www.cumhuriyyet.net/?p=8042