Böyük korrupsionerin korrupsiya dosyesi

05.06.2014 - 20:09

Əhəd Abıyevin korrupsioner ortağı və böyük korrupsionerin dosyesi

Əhəd Abıyevin korrupsioner ortağı və böyük korrupsionerin dosyesi

 

Əhəd Abıyev Daşkəsəninin abadlaşdırılması
və yenidənqurma işlərini yaxın dostu korrupsiyanın kralı Tahir
Hüseynovun ixtiyarına buraxıb

Bu həmin Tahir Hüseynovdur ki, korrupsioner tarixçəsi ilə hər kəsi özünə heyran buraxır.
Son
iki ildə Əhəd Abıyev Daşkəsənin abalaşdırılması ilə bağlı layihələrin
əksəriyyətini məhz yaxın dostu Tahir Hüseynovun “Vüsel” şirkətinə verib.
Daşəkəsən
şəhərinin abalaşdırılması üçün ayrılan təqribən 1 milyon manatlıq tender
müsabiqəsini qazanan “Vüsel” şirkəti bundan əvvəldə
Zagal?-Kollu-Cıraqlı kənd yollarının yenidən tikilməsi tenderini qazanıb
və bu layihə 13 milyon olub.
Öətən ilin
sonlarında təhvil verilən həmin yolların isə artıq bərbad vəziyyətdə
olduğu bildirilir. Yolların çəkilməsinə ayrılan 13 milyon vəsaitin böyük
hissəsinin mənimsənildiyndən keyfiyyətsiz çəkilən yolun artıq dağıldığı
qeyd olunur.
Daşkəsəninin icra başçısı Əhəd Abıyev və Tahir Süleymanov
istər Bakıda, istərsə də Daşkəsəndə bir yerdə olurlar. Onların
vaxtlarının çoxunu süfrə arxasında keçirdikləri qeyd olunur.
Məlumata
əsasnə son layihə ilə əlaqədar olaraq “Vusel” şirkətinə 940 min manat
vəsait köçürülüb. Həmin vəsaitin 192 min manatı binaların damlarının
dəyişdirilməsinə, 431 min manatı Daşkəsənin mərkəzində abalıq işlərinin
aparılmasına, 328 min manatı isə Daşəkəsənin mərkəzi küçələrində
yolların təmirinə sərf olunmalıdır.
Məlumatlı
mənbəninin bildirdiyinə görə ayrılan vəsaitin demək olar ki,
nəqdləşdirilərək mənimsənilib. Mənimsənilən vəsaiti ört-basdır etmək
məqsədi ilə bəzi küçələrdə fəaliyyət göstərən biznes strukturlarından,
həmçinin dükan sahiblərindən artıq müəyyən miqdar pul toplanmaqdadır.
Qeyd
edək ki, Daşkəsəndə abalıq işlərini həyata keçirən “Vüsel” şirkətinin
sahibi Tahir Hüseynov keçmişdə dəflərlə korrupsiyaya bulaşmış şəxs kimi
tanınır. Tahir Hüseynov, dövlətdə müxtəlif vəzifələr tutan korrupsioner
məmurlarla əlaqəyə girərək, sahib olduğu şirkətlər, əsasən də “Vüsel”
şirkəti vasitəsi ilə dövlət maliyyəsini silinib talanması ilə məşğul
olur. Bu məmurlar, əllərindəki imkanlardan və möhürdən istifadə edərək
dövlət pullarını saxta müqavilələr əsasında Tahir Hüseynovun şirkətinə
köçürüb, heç bir iş görülmədiyi, xidmət göstərilmədiyi, mal alınmadığı
halda işin tam icra olunması haqda aktları imzalayıb, pullarını nəqd
şəkildə Tahir Hüseynovdan alıblar. Dövlətə məxsus  maliyyə resurslarının
nəqdləşdirilməsi əməliyyatlarından Tahir Hüseynov da böyük böyük
gəlirlər əldə edib.
Xatırladaq
ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra Tahir
Hüseynov, dövlət qurumlarında çalışan dostları vasitəsi ilə nazir Yavər
Camalovla əlaqə yaradıb və onun köməkliyi ilə “Üfüq” zavoduna direktor
təyin olunub. Oturduğu yeni kürsüdə yerini bir qədər isidən kimi Tahir
Hüseynov, dərhal zavoda ayrılan maliyyə vəsaitlərini silməyə başlayıb.
Tahir Hüseynov “Üfüq” zavoduna ayrılan maliyyə vəsaitlərini birbaşa
özünə məxsus firmalar və təsir dairəsindəki firmaların hesabına
köçürərək, saxta əməliyyatlar nəticəsində dövlətin külli miqdarda
vəsaitini mənimsəyib.  Bir qədər sonra isə “Üfüq” zavodunda külli
miqdarda mənimsəmə halları aşkar edilib. Məsələ ilə bağlı
məlumatlandırılan nazir Yavər Camalov  Tahir Hüseynovu işdən azad edib.
Amma mənimsənilən vəsaitlərin böyük hissəsi geri qaytarılmayıb.
Tahir
Hüseynovun keçdiyi karyera yolu rəngarəngdir. Tahir Hüseynovun korrupsiya dosyesi
həddindən artıq qalındır. Bir zamanlar Tahir Hüseynov Avtomobil Yolları
İstehsalat Təmir-Tikinti Birliyinin tərkibində zavod direktoru da
işləyib. İran İslam Respublikası ilə “işgüzar” əlaqələr quran Tahir
Süleymanov zavodun maşın-texnika parkını bütövlükdə İrana sataraq böyük
kapital əldə edib. Bu böyük mənimsəmə faktı da Tahir Hüseynovun
məsuliyyətə cəlb olunması üçün yetərli olmayıb. Onu öz ərizəsi ilə işdən
azad ediblər. 
Tahir
Hüseynovun Dillər Universitetindəki karyerası daha işıqlı və
“uğurlu”olub. Zavod dirktorluğundan Dillər Universitetinə təsərrüfat
işləri üzrə prorektor vəzifəsinə transfer olunan Tahir Hüseynov burda da
böyük korrupsiya hallarına imza atıb. Bildirilir ki,  Dillər
Universitetinə prorektor təyinatı aldıqdan sonra, ilk işi Universitetin
rektoru Səməd Seyidovla münasibətləri “isitmək” olub. Səməd Seyidovun
etimadını qazanan Tahir Hüseynov qısa müddət univeristetin bütün maliyyə
qaynaqlarını öz əlində toplayıb. Hətta iş o həddə çatır ki, ödəmə
tapşırıqlarında Tahir Hüseynovun “dərkənarı” olmadan heç bir maliyyə
əməliyyatı yerinə yetirilməyib. Sonucda Tahir Hüseynovun böyük talanının
Malyyə Nazirliyinin həyata keçirdiyi yoxlama ortaya qoyub. Bundan sonra
Səməd Seyidov özünün “sağ əlini” kəsməli olub və  Dillər
Universitetindən qovulan “prorektor və elmlər namizədi” özünü rayonların
abalaşdırılması işinə verib.
Bundan sonra
Ağdam rayon İcra hakimiyyətinini keçmiş başçıları Həsən Sarıyevin və
Nizami Sadıqovun ortağına çevrilib. Ağdamın sosial-iqtisadi
infrasturukturun inkişafına ayrılmış pullar bu dəfə Tahir Hüseynovun
“maxinasiya mexanizmi” vasitəsi ilə Nizami Sadıqovun və Tahir Hüseynovun
cibinə axıb. 
Tahir Süleymanovun Ağdamda
həyata keçirdiyi  bəzi layihələri oxucularımızın diqqətinə cəlb edirik.
Tahir Hüseynova məxsus “Vüsel” şirkətinin hesabına aşağıdakı tarixlərdə
Ağdam rayonu Təhsil şöbəsinin binasının tikintisi üçün pul köçürmələri
olub. Məlumatlı mənbəninin Bu ödənişlərdən
Nizami Sadıqovun və Tahir Hüseynovun gəliri 100 min manatdan artıq olub.
Bundan əlavə, Ağdam rayon İcra Hakimiyyəti binasının təmiri üçün
“Vüsel” şirkətinə üst-üstə 100 min manatdan artıq vəsait köçürülüb və bu
vəsaitin böyük qismi mənimsənilib. Mənbəninin bildirdiyinə görə Tahir
Hseynovun Ağdamdan “sildiyi” vəsaitlər milyon manatlarla ölçülür.
Göründüyü
kimi hazırda Əhəd Abıyevin ortağı olan olan Tahir Hüseynovun
korrupsioner keçmişinə hər kəs həsəd apara bilər. Əhəd Abıyevlə Tahir
Hüseynovun həyata keçirdiyi böyük maliyyə maxinasiyaları ilə bağlı daha
ətraflı oxucularımız ikinci yazıda tanış olacaqlar.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…(pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=8046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31