Ermənistan məğlubiyyətə hazırdır

05.06.2014 - 20:14

“Serj Sarkisyan istənilən məğlubiyyətə hazırdır”

“Serj Sarkisyan istənilən məğlubiyyətə hazırdır”
 
“Ermənistan prezidenti Serj Sarkisyan istənilən güzəştləri qəbul etməyə  və Rusiyanın təklif etdiyi istənilən sənədi imzalamağa hazırdır”.
Bu sözlər Ermənistanın sabiq prezidenti  Levon Ter-Petrosyanın erməni mətbuatında dərc edilmiş məqaləsində yer alıb. “Serj Sarkisyan tezliklə Avrasiya İqtisadi İttifaqına daxil olaraq Vladimir Putinin xeyirxah davranışına layiq olmaq niyyətindədir”, – Ermənistanın birinci prezidenti yazıb. O, S.Sarkisyanın 29 Mayda Astanada Rusiya, Qazaxıstan və Belorus dövlət başçılarının sammitində çıxışını xatırladıb. Xatırladaq ki, Ermənistan prezidenti Rusiya, Belarus və Qazaxıstan prezidentlərindən ölkəsini  15 İyuna qədər Avrasiya İttifaqına qəbul etməyi xahiş etmişdi. Ter-Petrosyan qeyd edib ki, Sarkisyan “xahiş edirəm” əvəzinə “yalvarıram” sözünü işlətsəydi, o halda onun yaltaq çalışqanlığı daha dəyərli olardı: “Onun bu çalışqanlığı və tələskənliyi xüsusən Qırğızıstanın rəhbərliyinin təmkinli və ləyaqətli mövqeyi fonunda təəccüb doğurur”.
Ermənistanın sabiq prezidentinin fikrincə, Sarkisyanın tələskənliyi onunla izah edilir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır: “Ermənistan buna görə də bərabərhüquqlu üzv kimi ittifaqa daxil deyil. Sarkisyan alçaldılmış vətəndaş kimi istənilən güzəştlərə, Rusiyanın təklif etdiyi istənilən sənədi qəbul etməyə qeyd-şərtsiz hazırdır. Sarkisyan istənilən alçalmaya hazırdır. O, qul kimi susaraq qaz müqaviləsini uddu. Ermənistan Gömrük İttifaqı çərçivəsində dəfələrlə alçaldılmışdı. Astanada Nazarbayevin Qarabağla bağlı bəyanatı son alçalma oldu. O, Nazarbayevə cavab vermədi. Baxmayaraq ki, Ermənistanın cavabı çoxdan hazır olmalı idi.  Bu məsələ Lukaşenko və həmin Nazarbayev tərəfindən Minsk sammit zamanı da qaldırılmışdı. Sarkisyan daha çox öz alçalmasını dərinləşdirdi və gülməli vəziyyətə düşdü”. Ter-Petrosyan hesab edir ki, Serj Sarkisyanın başçılıq etdiyi rejim vaxtaşırı belə alçalmalara məruz qalacaq.(publika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8047

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031