Oqtay Əsədova qarşı təxribat?

05.06.2014 - 20:17

Milli Məclisin sözçüsü “İTAR-TASS”ın xəbərini təkzib etdi

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament
Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Ukrayna məsələsində
RF nümayəndə heyətinə dəstək vəd edib, xəbəri İTAR-TASS yayıb. “Biz
Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik, Rusiyanın
ümidlərini başa düşürük, bütün bunları görürük. Hesab edirəm ki, ATƏT-in
strateji tərəfdaşı olaraq biz də eyni platformadan çıxış edəcəyik”,
deyə o, Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşdə bildirib.

Əsədov qeyd edib ki, “Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”. “Azərbaycan-Rusiya
münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük
məmnuniyyətlə sizi ATƏT-in sessiyasında gözləyəcəyik. Ümid edirəm ki,
Azərbaycan tərəfi də, Rusiya tərəfi də eyni platformadan çıxış
edəcəklər”, deyə Azərbaycan Parlamentinin rəhbəri əlavə edib. Öz
növbəsində, Narışkin qeyd edib ki, Rusiya “Azərbaycan və RF arasında
strateji tərəfdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində”
maraqlıdır.

“Əminəm ki, parlamentarilər də buna öz
töhfələrini verə bilərlər. Bizim bunun üçün bütün imkanlarımız və
parlamentlərarası qarşılıqlı fəaliyyət alətlərimiz var”, deyə o fikrini
tamamlayıb. 
ATƏT PA-nın sessiyası iyunun sonlarında Bakıda keçiriləcək, Rusiya nümayəndə heyətinə Sergey Narışkin rəhbərlik edəcək.

Bu xəbər yayıldıqdan sonra Milli Məclisin mətbuat xidməti rəhbərinin
müavini Mehman Qaibov Virtualaz.org-un redaksiyası ilə əlaqə saxlayıb və
Azərbaycanın Ukrayna məsələsində Rusiyaya dəstək vəd etməsi barədə
İTAR-TASS-ın yaydığı və bizim də tərcümə edib paylaşdığımız məlum xəbəri
qəti şəkildə təkzib edib:  “Biz bu xəbəri qətiyyətlə təkzib edir və
bildiririk ki, Oqtay Əsədov haqqında söhbət gedən görüşdə belə bir
bəyanat verməyib. Ukrayna məsələsi ilə bağlı Azərbaycanın mövqeyi BMT
Təhlükəsizlik Şurasında və AŞPA-da keçirilən səsvermələr zamanı ifadə
olunub və Oqtay Əsədov parlamentin spikeri olaraq həmin mövqeni daim
müdafiə edib. Bəzi qüvvələr GUAM-a üzv olan ölkələr, o cümlədən Bakı və
Kiyev arasında  nifaq salmaq istəyirlər. Bir daha bildiririk: Oqtay
Əsədov heç vaxt o cür bəyanatla çıxış etməyib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31