Sumqayıtda Prezidentə və Mehriban Əliyevaya güc göstərən təhsil müdiri: “Mən deyən olacaq!…”

29.10.2016 - 04:30

rrSumqayıt şəhər təhsil şöbəsində baş verənlər, təhsil şöbəsinin rəhbəri Ruhiyyə Tağıyevanın yarıtmaz fəaliyyəti ilə bağlı yazmışdıq. “Sumqayıt təhsilində qara kabus: təhsil müdirəsinin sabotaşı və ya müəllimlərin üsyan hazırlığı” başlıqlı həmin yazımızda Gənclər şəhərinin təhsil sisteminə rəhbərlik edən xanımın pedoqoji keçmişi və bu günkü fəaliyyəti haqda bəhs etmiş və eyni zamanda bildirmişdik ki, R.Tağıyevanın bəzi göstərişləri müəllim və valideynlər arasında ciddi narazılığa səbəb olmuşdur. Həmin yazımızda vəd etdiyimiz kimi, cumhuriyyet.az olaraq mövzunu davam etdiririk. Bildirək ki, söhbət Sumqayıt şəhət təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyevanın inklüziv təhsilə qarşı açıq müharibə elan etməsindən gedir.
İnklüziv təhsil nədir?
Məlumat üçün bildirək ki, inklüziv təhsil ümumi təhsilin təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. İnkluziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnkluziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. İnkluziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inkluziv təhsil alır. Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideynlər maraqlı deyillər. Təhsilə cəlb olunanların əksəriyyəti xüsusi məktəb və internat-məktəblərdə oxuyurlar.
Prezidentin və Birinci Xanımın diqqət mərkəzi
Azərbaycanda “İnkluziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir. Ölkəmizdə sağlamlıq imkanları məhdud təhsil ocaqlarında uşaqların dövlət qayğısı ilə əhatə olunması məqsədilə, “Heydər Əliyev Fondu”nun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə, Bakı və Sumqayıt şəhərlərində oniki ilə yaxındır ki, inklüziv təhsil sistemi tətbiq edilib. Sumqayıtda inklyuziv layihə 4 və 11 saylı orta məktəblərdə və bir neçə uşaq baxçalarında, cari təhsil ilinə qədər özünü doğrultmaqla fəaliyyətini davam etdirməkdə idi.
Ruhiyyə Tağıyeva köhnə bazara təzə nırx qoyur…
Dövlət proqramına daxil edilmiş, Prezidentin və Birinci Xanımın diqqətdə saxladığı bir sahə R.Tağıyeva Sumqayıt şəhər təhsil şöbəsinin rəhbəri olduqdan sonra açıq hücuma məruz qalmışdır. Ruhiyyə Tağıyevanın tapşırığı əsasında, inküziv təhsil layihəsi 15 sentyabr 2016-cı il tarixdən Sumqayıt şəhərində dayandırılmışdır. Belə ki, cumhuriyyet.az olaraq əldə etdiyimiz onun 29 sentyabr 2016-cı il tarixli 739 saylı məktubunda Sumqayıt şəhər 4 və 11 saylı 0-5məktəblərin direktorlarına inklüziv təhsil üzrə ştat vahidlərinin qanunsuz artırıldığı göstərilir. Bu isə dolayısı ilə sözügedən məktəblərdə inklüziv təhsil layihəsinin dayandırılması deməkdir. Təhsil şöbəsinin müdiri öz qərarını pilot layihənin Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramının icra müddətinin bitməsi ilə izah etmişdir. Xanım müdirə məktubunda hətta bu müddətin 2009-cu ildə başa çatdığını bildirərək, ötən illər ərzində bu layihə üzrə çalışan müəllimlərin ştata salınması və əməkhaqqı almasını qanunsuz adlandırmışdır. On ildən çoxdur ki, Sumqayıt şəhərində bu layihə icra edilir və ötən illər ərzində də, məktəblərin fəaliyyəti müxtəlif komissiyalar tərəfindən dəfələrlə yoxlanılıb. Ruhiyyə Tağıyeva Sumqayıt şəhər təhsil şöbəsinə müdir təyin olunduqdan sonra kəşf etdi ki, sən demə on il bundan əvvəl verilmiş əmrlər qanunsuz imiş?!
Təhsil şöbəsinin müdirinə hüquq dərsi: əslində nə necədir?
İndi isə Sumqayıt təhsil şöbəsi müdirinin məlum məktubunun hüquqi əsaslarına nəzər yetirək. Biz cumhuriyyet.az olaraq təhsil şöbəsinin müdirinə bəzi məqamları xatırlatmaq istərdik. Həm də ölkə rəhbəri, təhsil nazirinin imzası ilə rəsmiləşəmn məqamları. Əvvəla onu bildirək ki, Azərbaycan prezidentinin 995 nömrəli 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın həyata keçirilməsi ilə bağlı fəaliyyət proqramının 1-ci hədəfində 2015-2023-cü illər üçün sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsil üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Bundan başqa, Təhsil naziri cənab Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə, 06 iyun 2016-cı il tarixli əmrinə əsasən 2016-2017-ci tədris-buraxlış ilində Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən edilib. Beləliklə ortada prezident sərəncamı və nazir əmri var. Amma təhsil şöbəsinin müdiri “nuh deyir, peyğəmbər demir”. Ölkəmizin birinci xanımı hörmətli Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə açılmış, prezidentin sərəncamı ilə davam etdirilən, təhsil nazirinin nəzarətində olan bu layihəni bağlamağa və ya müəllim saylarını azaltmağa kimlərin cürət etməsi, təəccüb doğurur. Görəsən R.Tağıyeva bu gücü hardan alır?
Buna nə ad vermək olar: sabotaj?
Dövlət başçısı möhtərəm İlham Əliyev cənabları, ölkəmizdə işsizliyin ləğvi istiqamətində mühüm göstərişlər verir, iş yerlərində ixtisarların yolverilməz olunduğu da dilə gətirir. İndi isə R.Tağıyevanın inadı və məqsədli qərəzi(bu qərəzin təfərrüatlarına növbəti yazılarımızda toxunacayıq-red.) nəticəsində Sumqayıt şəhərində 20-dən artıq müəllim faktik 0-2olaraq işsiz qalıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt təhsil şöbəsinə rəsmi məktubunda həmin müəllimlərin alternativ işlə təmin olunmasını tövsiyyə etsə də R.Tağıyevaa hələ də buna əməl etməyib. Bu layihə çərçivəsində çalışan müəllimlərə isə bildirilmişdir ki, gedin özünüzə yeni iş yeri tapın, sizin əmrləriniz düzgün verilməyib, əmriniz qeyri-qanunidir, ştatda yalnız beş iş yeri var. Gənc nəslin nümayəndələrinə geniş imkanların yaradılması, artıq dövlət siyasətimizin tərkib hissəsinə çevrildiyi bir zamanda, Təhsil Nazirliyinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin 23 nəfəri işsiz qoymasına nə ad vermək olar? Bu sosial durumu onsuz da ağır olan sumqayıtlılara böyük bir zərbə deyilmi? Məşhur filmdə deyildiyi kimi buna sabotaj deyirlər, sabotaj….

Tahir Nəsirov, xüsusi olaraq cumhuriyyet.az üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=80510

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930