Rəşad Abdullayev: “Səbail” komandası oyundan-oyuna nəticəni yüksəltməlidir”

29.10.2016 - 10:44

“Səbail” futbol klubunun Müşahidə Şurasının sədri Rəşad Abdullayevin “Report”a müsahibəsi:

rr– Azərbaycan I Divizionunda 8 tur arxada qalıb. Bu da təxminən çempionatın 1/3 hissəlik bölümü deməkdir. Bu müddətdə bir klub rəhbəri kimi “Səbail”in hazırkı nəticələrini necə dəyərləndirirsiniz?

– İlk 8 turdan sonra “Səbail”in göstərdiyi nəticələr bizi qane edir. Hazırda 3-cü pillədəyik. Komandamız yüksək yerlər uğrunda mübarizə aparır. Sadəcə, bir neçə oyunda komandamız xal itirib. Həmin oyunlardakı səhvlərin bir daha təkrarlanmaması üçün çalışmaq lazımdır. Bunun üçün məşqçilər heyəti çatışmazlıqlar üzərində işləməlidir.

– Komandanın qarşısına I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Lisenziyalaşdırma prosesi ilə bağlı hansı işləri görmək niyyətindəsiniz?

– Lisenziyalaşdırma çox uzun prosesdir və xeyli tələbə əməl olunmalıdır. Ona görə də işlərə indidən başlanılması qərara alınıb. Hazırda klub rəhbərliyi və Müşahidə Şurası bu istiqamətdə çalışır. İnanıram ki, qoyulan vaxt ərzində lazımi işləri görə biləcəyik.

– I Divizionda lider “Turan Tovuz” bu gün ilk dəfə xal itirdi. Hazırda 1-ci pillədən “Səbail”i 6 xal ayırır. Bu fərqi aradan qaldırmaq Sizə çətin görünmür?

– Bizi rəqiblərin itirdiyi yox, özümüzün qazanacağımız xallar daha çox maraqlandırır. Buna görə də oyundan-oyuna nəticəni yüksəltməli, komandanın daha yaxşı çıxışı üzərində çalışmalıyıq. Yəni, bir növ öz oyunumuzu fikirləşməliyik.

Short URL: http://www.cumhuriyyet.net/?p=80529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930