Azərbaycandan Rusiyaya yeni vəd

05.06.2014 - 20:35

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov söz verib ki,
ATƏT-in Parlament Assambleyasının iyunda Bakıda keçiriləcək sessiyasında
Ukrayna məsələsində Rusiya nümayəndə heyətinə dəstək verəcək.
Virtualaz.org-un məlumatına görə, O.Əsədov bunu Rusiya Dövlət Dumasının sədri  Sergey Narışkinlə görüşündə bəyan edib.
“Biz
Ukraynanın cənub-şərqində baş verənləri izləyirik. Biz Rusiyanın
narahatlığını başa düşür və hər şeyi görürük. Belə hesab edirəm ki, biz
strateji partnyorlar olaraq ATƏT-də də eyni platformadan çıxış
edəcəyik”- O.Əsədov deyib.
Spiker onu da
vurğulayıb ki, Azərbaycan Rusiya ilə ikitərəfli əlaqələrin inkişaf
etdirilməsinə olduqca mühüm əhəmiyyət verir: “Və biz Sizi böyük
məmnuniyyətlə ATƏT-in sessiyasında gözləyəcəyik”.
S.Narışkin
öz növbəsində qeyd edib ki, Rusiya da Azərbaycanla strateji
əməkdaşlığın inkişafında maraqlıdır: “Əminəm ki, bu işə parlamentlər də
öz töhfələrini verə bilərlər. Bunun üçün bizim bütün imkanlarımız və
parlamentlərarası qarşılıqlı fəaliyyət alətlərimiz var”.
Xatırladaq ki, ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Rusiya nümayəndə heyətinə Sergey Narışkin rəhbərlik edəcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031