Nərimanov YAP sədrinin qadın qalmaqalı

05.06.2014 - 21:26

Teymuraz Tağıyevin hamıdan gizlətmək istədiyi olayın ilginc təfərrüatları

Teymuraz Tağıyevin hamıdan gizlətmək istədiyi olayın ilginc təfərrüatları

Azərbaycan məmurlarının vəzifə səlahiyyətlərindən
sui-istifadə və harınlığı dövlət başçısı tərəfindən də dəfələrlə etiraf
olunub. Son günlər KİV-lərdə yayılan faktlar da bunu təsdiqləyir.

Amma indi cumhuhuriyyet.az-a daxil olan məlumat
bütün hüquqi və etik normaların aşıldığından xəbər verir. Paytaxtın
Nərimanov rayon bələdiyyəsindəki özəl mənbənin verdiyi məlumata görə, bu
günlərdə bələdiyyə sədri Teymuraz Tağıyev əməlli-başlı qalmaqal
yaradıb. Hadisənin təfərrüatlarına keçməzdən öncə bildirək ki, T.Tağıyev
həm Nərimanov rayon bələdiyyəsinin, həm də YAP Nərimanov rayon
təşkilatənın sədridir və bu iki qurum eyni binada yerləşir.

Bir neçə gün öncə Nərimanov rayon sakini X.N adlı xanım
(məlum səbəblərdən xanımın adını açıqlamırıq-red) T.Tağıyevə uşaq
bağçasıənda işə düzəlməsi üçün müraciət edib. T.Tağıyev xidməti
kabinetində xanımla daha isti şəkildə ilgilənərək, onu həftə sonu şam
etməyə dəvət edib. Bələdiyyə və YAP sədri olan şəxsin niyyətini anlayan
xanım həyacanlı şəkildə otağı tərk edib və bərk səs-küy salıb.Qalmaqalın
böyüməsindən ehtiyyat edən T.Tağıyev elə həmin gün onu işlə təmin edib
və məsələnin ictimailəşməsinin qarşısını almağın yolunu tapıb.

Mənbəmiz bu hadisə və T.Tağıyevin digər əməlləri haqda daha geniş bilgilər verdi…

– Məlumatın gizlədilməsi üçün həmin xanıma nə qədər pul verilib?

– Hadisənin şahidi olan şəxslərə necə hədə-qorxu gəlinib?

– T.Tağıyev niyə 5 min manat ziyana düşdü…

Bu və digər məlumatları daha geniş araşdırdıqdan sonra mövzuya yenidən qayıdacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8059

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031