Baş nazir Azərbaycan xalqına söz verdi

05.06.2014 - 22:29

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bölgələrə səfəri
çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı
bölgəsində olub.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Marneuli rayonunun
Dəmyə Görarxı kənd sakini Abbas Musayevə məxsus istixana təsərrüfatı ilə
tanış olub.

A.Musayev Baş nazir İrakli Qaribaşviliyə məlumat
verib ki, təsərrüfat 1,7 hektar sahəni əhatə edir və ildə 300-400 ton
tərəvəz istehsal etmək gücünə malikdi.

Baş nazir yerlərdə bu cür
istehsalat sahələrinin yaradılması üçün güzəştli aqrokreditlərin
gələcəkdə də veriləcəyini vurğulayıb və kənd təsərrüfatının inkişaf
etdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.
O, yerli məhsul istehsalının artırılmasını təmin edəcək əksər
layihələrin həyata keçiriləcəyini bildirib.

Sonra İrakli
Qaribaşvili rayonun Qullar kəndində yerli əhali ilə görüşüb. Kənd
sakinləri üzləşdikləri bir sıra problemlərlə bağlı Baş nazirə məlumat
veriblər. İrakli Qaribaşvili qaldırılan məsələlərin həlli üçün lazımi
tədbirlər görüləcəyini deyib.

Baş nazir, həmçinin Tbilisi-Rustavi
mərkəzi avtomobil yolunun tikintisinin gedişi, Gürcüstanın və
Azərbaycanın birgə sərmayəsi hesabına inşa olunub və yaxın vaxtlarda
istifadəyə veriləcək elektrik qurğuları şirkəti ilə də tanış olub
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031