“Növbəti ay Rusiya üçün həlledici olacaq”
Rusiya zəruri tədbirlər görməsə, Ukrayna böhranında status-kvo
saxlanılmaya bilər. Bu zaman iqtisadi sanksiyalar qaçılmaz olacaq. Gələn
ay artıq həlledicidir.
UNİAN-ın məlumatına görə, bunu Kameron Brüsseldə G-7 sammiti başa çatandan sonra keçirilən mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, sammitdə üç məsələdə qəti olublar:
Birincisi, status-kvo qəbuledilməzdir. Şərqi Ukraynada stabilliyin
pozulması dayandırılmalıdır. İkincisi, bir necə məsələ var ki, baş
tutmalıdır. Prezident Putin Poroşenkonun prezident seçilməsinin
qanuniliyini tanımalıdır, sərhəddən silah göndərilməsi, həmçinin
Rusiyanın separatçı qruplara dəstəyi dayandırılmalıdır. Üçüncüsü – əgər
bu baş verməsə, sanksiyalar qaçılmazdır. Növbəti ay Putinin bu addımlara
dair hərəkətlərinin qiymətləndirilməsi üçün əhəmiyyətli olacaq, – deyə
Kameron bildirib.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8064