Eldar Namazov Baş Prokurorluqda ifadə verdi

05.06.2014 - 22:42

Politoloq Eldar Namazov Baş Prokurorluqda ifadə verib.

Virtualaz.org
xəbər verir ki, bu haqda Azadlıq Radiosuna Eldar Namazovun özü
bildirib: “Mənim özümə də təəccüblü gəldi ki, məni niyə çağırıblar.
Dedilər ki, Ermənistana səfərlərlə bağlıdır. Sonradan aydın oldu ki,
mən, ümumiyyətlə, heç vaxt Ermənistana səfər etməmişəm. Bundan sonra
söhbətin mövzusu bir az daraldı. Təxminən iki saata yaxın ifadə verdim.
Rauf Mirqədirov, Leyla Yunusla bağlı suallar verildi və mən də bu
suallarla bağlı öz mövqeyimi açıqladım”. 

*  *  * 15:15

Bu dəqiqələrdə (15.15) El Hərəkatının sədri politoloq Eldar
Namazov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq
idarəsində dindirilir.

Virtualaz.org bildirir ki, xəbər “Yeni Müsavat”a El Hərəkatındakı qaynaqdan daxil olub.

İyunun 5-də səhər saatlarında Baş Prokurorluğun müstəntiqi Sənan
Paşayev Eldar Namazova telefon açaraq onu jurnalist Rauf Mirqədirov
haqqında açılan cinayət işinin istintaqına dəvət edib. Müstəntiq
istintaqın Eldar Namazova Leyla və Arif Yunusların fəaliyyəti ilə bağlı
bir neçə sualı olduğunu da deyib.

Eldar Namazov istintaqa El Hərəkatı sədrinin müavini politoloq Zəfər
Quliyevlə bərabər gedib. Z.Quliyev “Yeni Müsavat”a bildirib ki, dindirmə
saat 15.00-da başlanıb: “Biz Eldar bəyi gözləyirik. Dindirmənin nə
qədər sürəcəyi bilinmir. Eldar Namazov Baş Prokurorluqdan çıxandan sonra
mediaya gərəkli açıqlama veriləcək”. 

Yada salaq ki, “Ayna-Zerkalo” qəzetini Türkiyə təmsilçisi Rauf
Mirqədirov Ankarada həbs edilərək Azərbaycana təslim edilib. O,
Ermənistana cəsusluqda ittiham edilir. Leyla və Arif Yunuslar isə
Azərbaycandan Dohaya gedərkən hava limanında saxlanıb. Evlərində və
ofislərində axtarış aparılsa da onlara heç bir ittiham irəli sürülməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31