Obama dünyaya xərrac kəsdi

05.06.2014 - 22:53

 Obama dünya banklarını cərimələyib

Obama dünya banklarını cərimələyib

 Obama dünya banklarını cərimələyib

Son 5 ildə Barak Obama hakimiyyəti tərəfindən banklara 4,9 milyard dollar cərimə kəsilib.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, son 5 ildə 21 bank cərimələnib. Araşdırmalar bu rəqəmin son 5 ildə 4,9 milyard dollar olduğunu göstərir. Səbəb kimi ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrlə həmin bankların əlaqələrini davam etdirməsi göstərilir. Bu prosesdə digər maraqlı cəhət isə həmin bankların təkcə ABŞ deyil, başqa xarici ölkələrə məxsus banklar olmasıdır. Onlar arasında ən çox cərimə edilən Birləşmiş Krallığa məxsus məşhur HSBC holdinqidir. Bu holdinqə məxsus eyniadlı bankın 85 ölkədə 7 min 200-dən artıq ofisi var. Ümumi kapitalı 2 trilyon 671 milyard dollar olan HSBC 2012-ci ildə ABŞ tərəfindən 1,9 milyard dollar cərimə edilib. Səbəb kimi isə həmin holdinqin qadağan olunmasına baxmayaraq, Birma, Kuba, İran, Liviya və Sudanla əlaqələr qurması göstərilir. Siyahıda ən az cərimə edilən bank ABŞ-ın Trans-Sakit Okean Milli Bankıdır (Trans-Pacific National Bank) və bu bank İranla əməkdaşlığı dayandırmadığı üçün 2011-ci ildə 12 min 500 dollar cərimə edilib. 2014-cü ildə də 2 bank Obama hökumətinin cəriməsi ilə üzləşib. Onlardan biri Rusiyanın “Moskva Bankı”(Bank of Moscow), digəri isə Almaniyanın “Clearstream Banking”dir. Hər iki bank ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara əhəmiyyət vermədiyi üçün cərimə edilib. Rəqəmlərə əsasən demək olar ki, Rusiya bankı 9,5 milyon, Alman bankı isə 152 milyon dollar cərimə edilib.
Xatırladaq ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama hakimiyyətə gəldikdən sonra sanksiya tətbiq edilən ölkələr sırasında İran, Kuba, Liviya, Sudan, Birma və İranın adı qeyd edilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8070

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031