Bakıxanovda yaşıllıq məhv edildi – müvafiq qurumlar isə… (FOTO)

01.11.2016 - 01:37

rrSabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlər tərəfindən salınan yaşıllıq məhv edilib.  Bu barədə Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 4/16 ünvanındakı binanın sakinləri AzToday.az məlumat veriblər. Redaksiyamıza daxil olan şikayətdə deyilir ki, sakinlər 1992-ci ildə binanın baş tərəfindən şəkillərdən gördüyünüz şam agaclarını əkmişlər.

3-4 gün əvvəl sakinlər tərəfindən salınan yaşıllıq ərazi dəmir çəpərə alınaraq, şam agacları qırılıb və tikinti işlərinə başlanılıb. Sakinlər iddia edir ki, tikintinin heç bir sənədi yoxdur. Buna baxmayaraq, gediş-gəlişlərinə ciddi maneə yaradan tikinti işlərindən müvafiq qurumlara, konkret Sabunçu rayon İcra Hakimiyyətinə, Polisə, Ekologiya İdarəsinə və Fövqəladə Hallar Nazirliyinə şikayətlər ediblər. Maraqlıdır ki, şikayətlərə operativ cavab verən müvafiq qurumların nümayəndələri əraziyə baş çəkib, ancaq tikinti işlərini aparanlara mane olmayıblar. Bu da haqlı olaraq sakinlərdə həmin qurumları təmsil edən şəxslərin həmin tikintini aparan adamdan rüşvət aldığı qənaətini yaradıb.

Əks təqdirdə tikintiyə mane olacaqdılar. Çünki yaşayış binasına bitişik tikintinin aparılmasına Azərbaycan qanunvericiliyi icazə vermir. Ən yaxşı halda qanunlar tikintinin yaşayış binasından 20 metr aralıda aparılmasına imkan verir ki, Bakıxanov qəsəbəsində bu şərtə əməl olunmayıb.

Üstəlik, sakinlərin min bir əziyyətlə əkib -yetişdirdiyi şam agaclarının da qırılmasına əraziyə baş çəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri qanuni don geyindirə bilməz.

Sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu verdik. Qurumdan bizə bildirdilər ki, sorğu araşdırılıb, cavab veriləcək.

AzToday.az

Short URL: http://www.cumhuriyyet.net/?p=80707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728