Oqtay Əsədov ikili oyunda

05.06.2014 - 23:57

Hakimiyyət sipikeri iki düşmənlə isti görüşlərə göndərib

Hakimiyyət sipikeri iki düşmənlə isti görüşlərə göndərib
 

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Ukraynanın yeni
seçilmiş prezidenti Pyotr Poroşenkonun iyunun 7-də keçiriləcək
inaqurasiya mərasimində iştirak edəcək.

Məlumatda deyilir ki, Ukrayna tərəfi inaqurasiya
mərasimində iştirak üçün prezident İlham Əliyevə dəvət göndərib. Lakin
rəsmi Bakı artıq Kiyevi mərasimdə Azərbaycanı spiker Oqtay Əsədovun
təmsil edəcəyi barədə məlumatlandırıb. Poroşenkonun inaqurasiya
mərasimində bir sıra Qərb ölkələrinin liderlərinin qatılacağı artıq
təsdiqlənib. Keçmiş sovet respublikalarından Moldova prezidenti Nikolay
Timofti, Estoniya prezidenti Tomas İlves, Latviya prezidenti Andris
Berzniş və Litva prezidenti Dalya Qribauskayte da mərasimdə iştirak
edəcəklər. Gürcüstanı da mərasimdə prezident Georgi Marqvelaşvili təmsil
edəcək.

Azərbaycan parlamentinin spikerinin Ukraynanın yeni prezidentinin
andiçmə mərasimi onun Moskva səfəri zamanı yaşanmış kazusdan sonraya
təsadüf edəcək. Xəbər verildiyi kimi Rusiya rəsmi KİV-ləri Oqtay
Əsədovun Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşünə dair
yaydıqları xəbərlərdə O.Əsədovun adından Azərbaycanın ATƏT PA və AŞ
PA-da Rusiyanın Ukraynaya dair mövqeyini dəstəkləyəcəyinə dair bəyanat
yayıblar. Rəsmi Bakının Ukrayna böhranı ilə bağlı mövqeyinə zidd olan bu
bəyanat dərhal geniş rezonansa səbəb olub. Milli Məclisin mətbuat
xidməti Virtualaz.org-un redaksiyası ilə əlaqə saxlayıb və Azərbaycanın
Ukrayna məsələsində Rusiyaya dəstək vəd etməsi barədə İTAR-TASS-ın
yaydığı xəbəri qəti şəkildə təkzib edib, bu xəbəri Bakı ilə Kiyev
arasında nifaq salmağa yönələn addım adlandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=8071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31