Tayqulaq Andiranikin ölkəsi çökür
Ermənistanın boşalmasının iqtisadi sübutları

Azalmada əsas rol istehlak mallarının
payına düşüb. İstehlak mallarının ümumi satışı 16,7 faiz azalıb. Azalma
köşklərə də təsir edib, onların satışları 15,3% düşüb.
Erməni mətbuatı azalmada əsas səbəb kimi əhalinin vəziyyətinin
pisləşməsini, ailələrin real gəlirlərinin azalmasını göstərir. Əslində
isə problem daha dərindir – xalq istehlak malları, xüsusilə də kəndlərdə
quraşdırılmış köşklərdə satılan istehlak malları əhalinin birbaşa
sayından xəbər verir. Yəni köşklərdə və istehlak mağazalarında yaşamaq
üçün ən vacib olan mallar – çörək, yağ, qənd, çay, un və s. kimi
ərzaqlar satılır. İstehlak mallarının azalması birbaşa əhalinin sayının
azalması ilə bağlıdır. Yəni real olaraq keçən müddət ərzində
Ermənistanda əhalinin sayı təxminən 15 faiz azalıb.
Amma elə bir ciddi gəlir qaynağı olmayan yoxsul Ermənistanın hakim
“Qarabağ klanı” əsasən ticarətdən pul qazandığına görə, mağazaların
dövriyyəsinin azalmasına razı olmazdı. Buna görə də, məişət və
avtomobil yanacağını – qazı, benzini və dizel məhsullarını
bahalaşdırmaqla bu malların dövriyyəsini 24,7% artırıb. Buna görə də
mağazalarda satışlar təxminən eyni saxlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8072