Voşinqtondan Moskvaya xəbərdarlıq

06.06.2014 - 00:17

Dünyanı idarə edənlər isə Brüsseldə toplaşmışdılar. Keçmiş “böyük
səkkizlik” indi 7-lik olub. Çünki, Avropa dövlətləri Rusiyanı Ukrayna
siyasətinə görə, bu birlikdən kənarlaşdırıblar. Onların bu günkü hədəfi
də elə keçmiş tərfdaşları olub.
Brüsseldə keçirilən 7-lər qrupunun
sammitindən sonra Avropa liderləri, o cümlədən də ABŞ prezidenti Barak
Obama mətbuat qarşısına çıxıb.
Liderlər Rusiyanı Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilə danışıqlara çağırıblar.
Avropa Şurasının prezidenti Herman Van Rompuyu Poroşenkonun prezident
seçilməsindən sonra Ukraynada vəziyyətin yaxşılaşacağına ümid etdyini
deyib.
Avropa Şurasının prezidenti Herman Van Rompuy deyir ki, “böyük yeddi”lər
Petro Poroşenkonu legitim seçilmiş prezident olaraq alqışlayır: “Onun
prezident seçilməsi çox şeyi dəyişə bilər. Həmçinin Rusiyanı hərbi
qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməsini sürətləndirməyə
çağırırıq. Rusiya silah axınını və döyüşçülərin sərhəd boyu
yerləşdirilməsinin qarşısını almalıdır. Separatçıların silahları yerə
qoymasına və zorakılığı dayandırmasına təsir göstərməlidir”.
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya tərəfdən təxribatlar
davam edərsə, bu əvvəlki kimi ona baha başa gələcək. Obama Rusiyanın
Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, bir ay sonra yeddilər qrupunun
sanksiyaları ilə üzləşəcəyini də deyib. “Rusiya bu fürsətdən istifadə
etməlidir. Rusiya Prezident Poroşenkonun Ukraynanın legitim yolla
seçilmiş prezidenti olduğunu qəbul etməlidir, eyni zamanda rəsmi Kiyevlə
dialoq qurmalıdır”.
Əslində sammit, səkkizlik formatında Rusiyanın Soçi şəhərində baş
tutmalı idi. Lakin Ukrayna hadisələrindən və Krımın Rusiyaya
birləşdirilməsindən sonra digər ölkələr Rusiyanın bu qrupdan
çıxarılmasını təklif ediblər və nəticədə son 15 il ərzində ilk dəfə
olaraq sammit Rusiya olmadan yeddi dövlətin iştirakı ilə keçirilib.
Rusiyanın 7-liyə cavabı isə gecikməyib. Rusiyanın baş naziri Dmirti Medvedev qərbi iki üzlülkdə günahlandırıb.(anspress)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8073

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031