Ermənistana qarşı Türk birliyi

06.06.2014 - 00:24

Əliyev Nazarbayevlə Ermənistan əleyhinə birləşir

 
“Türkiyənin dünyada o qədər də çox siyasi çəkisi yoxdur ki, türkdilli ölkələri bir araya gətirə bilsin”. Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti görüşünü şərh edərkən dedi. O, Ankaranın hazırda güc mərkəzi rolunu oynamağa çalışdığını bildirdi: “Türkdilli ölkələrinin sammiti bu dövlətlərin özünüqoruma funksiyasını yerinə yetirmə anlayışı kimi başa düşülə bilər. Amma hökmən deyil ki, bu özünüqoruma funksiyası kiməsə qarşı yönəlsin. Türk Birliyi yaratmaq ideyası hələlik nəzəri cəhdlərdir. Bu ölkələrdə çox müxtəlif siyasi sistemlər, iqtisadi əlaqələr mövcuddur. Həmçinin, bu ölkələrin özlərinin arasında xeyli ziddiyətli məqamlar var. Nəhayət, Türkiyənin dünyada o qədər də böyük siyasi çəkisi yoxdur ki, bu ölkələri bir araya gətirə bilsin. Burada müəyyən taktiki məsələlər ətrafında birləşmək, ümumi siyasi dəstək göstərmək imkanlarının müzakirəsindən söhbət gedir”.
Elxan Şahinoğlu isə bu formatda prezidentlərin əməkdaşlıq məsələlərini müzakirə etmək üçün toplandığını qeyd etdi: “Bu formatda prezidentlər əsasən əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bodrumdakı sammitdə əsas müzakirə mövzusu bu ölkələr arasında turizm əlaqələrinin genişləndirilməsidir. Azərbaycan üçün bu görüş çox əhəmiyyətlidir. İlham Əliyev sammit ərəfəsində Qazaxıstan, Türkmənistan və Türkiyə prezidentləri ilə eyni vaxtda görüşmək imkanı əldə etdi. Nazarbayevlə görüşən prezident ona təşəkkür etdi. Hesab edirəm ki, bu görüş zamanı sonrakı məqamlarda da Ermənistana qarşı bir yerdə hərəkət etmək imkanları müzakirə olunub”. Politoloq son zamanlar Türkiyənin bölgədəki siyasi proseslərdə aktivləşdiyini önə şəkdi: “Türkiyədə prezidentin səlahiyyətləri geniş deyil. Ona görə də İlham Əliyev Qarabağla bağlı mövzuları Ərdoğan və Davudoğlu ilə müzakirə edir. Son zamanlar Türkiyə bir qədər fəallaşıb. Davudoğlu Bakıda oldu, ardınca Moskvaya getdi. Türkiyə bu istiqamətdə çox fəaldır. Görüşdə Güllə Əliyev arasında Qarabağla bağlı müzakirələrin aparıldığına şübhə etmirəm”.
Qeyd edək ki, hazırda Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilir. Görüşdə Prezident İlham Əliyev də iştirak edir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930