“Bank of Baku”da yenidən şübhəli “çevriliş”

06.06.2014 - 00:46
MTN-nin tutduğu adama yüksək vəzifə verildi

MTN-nin tutduğu adama yüksək vəzifə verildi
 

Bir neçə ay əvvəl “Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi
əməliyyatdan sonra sonra sözügedən bankın rəhbərliyində baş verən dəyişikliklər
yenidən təkrarlanıb.

Mart ayının əvvəlində MTN-nin “Bank of Baku”da
keçirdiyi əməliyyatdan bir neçə gün sonra “Bank of Baku” ASC-nin səhmdarlarının
Ümumi Yığıncağı keçirilərək, Müşahidə Şurasının bir neçə üzvünün
səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi bəhanəsiylə rəhbər
dəyişikliyinə gedilib: “Nəticədə MTN-nin əməliyyatına qədər Müşahidə Şurasının üzvü
olan Elmir Həbibullayev “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri
vəzifəsinə gətirilib. Maraqlı odur ki, bu seçimə qədər bankın səhmlərinin 10 faizinin
sahibi və Müşahidə Şurasının sədri olan, eyni zamanda, MTN tərəfindən mart ayında
bir neçə günlük saxlanıldığı bildirilən Elçin İsayevin vəzifəsi kiçildildi. O, Elmir
Həbibullayevin müşaviri təyin olundu”.

Bu dəyişikliklə bağlı yığıncağın qərarının “mürəkkəbi
qurumamış” bankda yenidən “çevriliş” baş verib: “Bu dəfə isə Müşahidə Şurasının
sədri Elmir Həbubullayev nəinki sədr postunu, hətta bankı illərlə təmsil etdiyi
Müşahidə Şurasındakı üzvlüyünü də itirib. Məsələnin ənmaraqlı tərəfi isə Elçin İsayevin yenidən Müşahidə Şurasının sədri vəzifəsinə gətirilməsidir”.

Elmir Həbibullayevin niyə bankdan uzaqlaşdırılması və Elçin İsayevin yüksəlişi ilə bağlı da cəmiyyəti yaxından maraqlandıran faktlar verilib. Lakin bunları hələlik dəqiqləşdirə bilmədiyimizdən təfərrüatlara toxunmuruq.

Yeri gəlmişkən, adıçəkilən bankın səhmləri 40 faiz payla “NAB Holdinq”
şirkəti, 28,89 faiz payla “Azpetrol” neft şirkəti, 11,22 faiz payla sabiq nazir
Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, 10 faiz payla Elçin Isayev və 9,89 faiz
payla “AZİNVEST” MMC-yə məxsusdur.

Bankın 40 faiz payla səhmdarı olan NAB Holdinqin adı isə tez-tez
mətbuatda Türkiyədə yaşayan qalmaqallı iş adamı Rza Zərabla iranlı iş adamyla hallanır.

Onu da qeyd edək ki, “Azinvest” MMC-nin rəhbəri isə sabiq nazir
Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.

Məsələylə bağlı araşdırmalarımız olacaq. Tərəfin mövqeyini dinləməyə
hazırıq.(mia.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30