Gömrükdə Sınıq körpünün Dəli Domrulu – Nehrəmli Kənan

06.06.2014 - 00:50

İyun ayının 4-də
saat təxminən 19:30 radələrində 4 nəfər Qazax rayon İkinci Şıxlı kənd
sakini Sınıq körpü sərhəd-buraxılış məntəqəsində Dövlət Gömrük
Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən döyülüb.
Döyülən şəxslərin bildirdiyinə görə, məlum tarixdə gün ərzində ikinci
dəfə Gürcüstan respublikasına keçmək istərkən onlara bunun qeyri-qanuni
olduğu deyilib. Səbəbini soruşanda isə buraxılış məntəqəsinin mülki
geyimli əməkdaşları toplu halında onlara hücum çəkiblər.

Gözü
sarıqlı halda bizə müraciət edən Elmar Süleymanov bildirib ki,
Gürcüstana bazarlıq məqsədi ilə gedirmişlər, ancaq buna icazə
verilməyib.

“Gürcüstana
bazarlıq məqsədi ilə getmişdik. Biz İkinci Şıxlı kənd sakinləri sərhədi
keçmək istəyəndə bizi saxlayıb dedilər ki, 24 saat ərzində ancaq bir
dəfə keçmək olar. Qanunun kim tərəfindən qoyulduğunu soruşanda, qanuna
dair sənəd tələb edəndə bildirdilər ki, qanunu rəis qoyub və bizə heç
bir sənəd göstərmədilər. Bir az sonra “Nehrəmli” ləqəbiylə tanınan Kənan
Məmmədov gəldi. Gələn kimi dedi ki, buranın yiyəsi mənəm, ürəyim necə
istəyir, elə də edirəm, buraxmıram”.

Bundan sonra mübahisə yarandığını deyən Elmar bildirib ki, dörd nəfərin vəhşicəsinə döyülməsiylə nəticələnən dava düşüb.
“Mübahisənin
ardından dava düşdü. Kənan Məmmədovun xalası, dayısı, əmisi oğlanları,
həyat yoldaşının qardaşı da daxil olmaqla 30 nəfərə yaxına adam üstümüzə
hücum çəkdilər. Yarı mülki, yarı siravi geyimdə olan şəxslər bizi
ölümünə döydülər. Sifətimə dəyən yumruqdan gözümə qan damıb, yavaş-yavaş
görmə qabiliyyətini itirir. Bir nəfərimiz Şəmmədov Şəmməd isə başına
dəyən zərbədən hazırda xəstəxanada yatır ki, o güclü travma alıb,
nəzarət altındadır. Ətrafdakı polislər olmasaydı, bizi öldürəcəkdilər.”

Travma
aldığından Qazax rayon Mülicə Diaqnostika Mərkəzində nəzarət altında
saxlanılan Şəmmədov Şəmməd də Elmar Süleymanovun dediklərini
təsdiqləyib. O da saxlanılan şəxslərə ciddi təzyiqlərin olduğunu və uzun
çəkən mübahisənin davaya çevrildiyini deyib.

“Gürcüstana
gedən zaman saxlayıb bizə bildirdilər ki, sərhədi gün ərzində bir dəfə
adlaya bilərsiniz. Və Kənan müəllim dərhal uşağı-böyüyü yığdı, yumruqla,
təpiklə hərəni bir tərəfə saldı. Məsələn, məni ratsiya ilə vurdular,
başım hələ də ağrıyır. Qanun bu adamların vecinə deyil, sənəd-sübut
göstərmədən öz beyinlərinin məhsulunu camaata qanun deyə sırıyırlar.
Sərhəddə yaşayırıq. Amma bunların əlindən biz bir dəfə o bir tərəfə keçə
bilmirik”.

Digər
zərərçəkmiş şəxlər Şəmmədov Ramil, Qarayev Rafael və hadisənin birbaşa
şahidi olduğunu deyən zərərçəkmişlərin həmkəndliləri də yuxarıda
səsləndirilənləri təsdiqləyiblər.

Kənan Məmmədovun Sınıq körpü sərhəd-buraxılış məntəqəsinə rəis gəldiyi gündən bu yana bir ağ gün görmədiklərini deyiblər.
“Gündə
bir qanun çıxarır, ət, yağ, siqaret, telefon, evdə gündəlik tələbat
olan şeyləri gətirməyə imkan vermirlər. Sorğusuz-sualsız müsadirə
edirlər. Günümüzü qara ediblər, dolanmağı, yaşamağı haram ediblər bizə”.

Sonda bir qrup şəxsin imzasıyla polisə müraciət ünvanlanıb(musavat.com).

Short URL: http://www.cumhuriyyet.net/?p=8076

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31