Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov haqda şok faktlar

06.06.2014 - 01:04

Baş ədliyyə müşavirinin oğlu Cavad Cavadovun adı bank fırıldaqçılığında
hallandırılıb

Baş ədliyyə müşavirinin oğlu Cavad Cavadovun adı bank fırıldaqçılığında
hallandırılıb

Redaksiyamıza Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş
ədliyyə müşaviri Fuad Musa oğlu Cavadovla bağlı bir sıra ilginc məlumatlar
daxil olduğundan onları sizinlə paylaşmaq istərdik. Beləliklə, Fuad Cavadovun
əslən Gədəbəy rayonunun Mutudərə kəndindən olduğunu qeyd edən məlumatlı şəxsin
sözlərinə görə, o, 2008-ci ildən Məhkəmə Ekspertizası Mərkəzinin rəisi
vəzifəsində çalışır.
Onun əmək fəaliyyətilə bağlı məlumat verən mənbə qeyd edir ki, Fuad Cavadov
1979-1980-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq
İnstitutunun böyük laborantı, 1980-1982-ci illərdə SSRİ Prokurorluğunun
Elmi-Tədqiqat İnstitutunun stajor-tədqiqatçısı, 1982-1985-ci illərdə SSRİ
Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunun aspirantı, 1985-1987-ci illərdə
Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik elmi
işçisi vəzifəsində çalışıb: “Bundan başqa, o, 1987-1988-ci illərdə S.M.Kirov
adına ADU-nun “Kriminalistika” kafedrasının müəllimi, 1989-1992-ci illərdə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N.K.Rizayev adına Bakı xüsusi
orta milis məktəbində müəllim, baş müəllim, “Cinayət prosesi və kriminalistika”
kafedrasının rəisi, 1992-1993-cü illərdə Polis Akademiyasının elmi işlər üzrə
rəis müavini, 1993-1996-cı illərdə Prezidentin İcra Aparatının dövlət və hüquq
şöbəsinin böyük məsləhətçisi, 1996-2008-ci illərdə Ədliyyə Nazirliyinin
Elmi-Tədqiqat və Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya
Probemləri İnstitutunun direktoru, 2008-ci ildən isə Məhkəmə Ekspertizası
Mərkəzinin rəisi vəzifəsində işləyir”. Bir neçə il öncə Məhkəmə Ekspertizası
Mərkəzinin rəisinin oğlu Cavad Cavadovun adının bank fırıldaqçılığında
hallandığını iddia edən məlumatlı şəxs bildirir ki, həmin vaxt Fuad Cavadovun
oğlu Beynəlxalq Bankın Nəsimi filialında kredit şöbəsinin əməliyyatçısı
vəzifəsində çalışıb: “O zaman Cavad Cavadov kredit götürmək istəyən 27 nəfərdən
artıq vətəndaşı aldadıb. Hər bir şəxsdən ayrı-ayrılıqda 5-10 min manat arası
“şapka” alan Cavad Cavadovun sonda əməllərinin üstü açılıb və
vətəndaşlar polisə muraciət ediblər. Vətəndaşların şikayəti əsasında onun
əməlinin araşdırılması Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərə Dair İstintaq
İdarəsinə tapşırılıb. Lakin nədənsə həmin vaxt bu məsələ sakitcə bir kənara
qoyuldu. Maraqlıdır, görəsən niyə?..”
Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri, Xaqani küçəsi, 14 ünvanında
yerləşdiyini deyən mənbənin sözlərinə görə, hazırda adıçəkilən qurumda
məhkəmə-xətşünaslıq ekspertizası, məhkəmə-müəllifşünaslıq, sənədlərin
məhkəmə-texniki, məhkəmə-trasoloji, məhkəmə-ballistik, məhkəmə-bioloji,
sintetik təbiətli və bitki mənşəli narkotik vasitələrin, psixotrop maddələrin
məhkəmə ekspertizası, materialların, maddələrin və məmulatların kriminalistik
ekspertizası, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, məhkəmə-iqtisad
ekspertizası, məhkəmə mühəndis-texniki ekspertizası, məhkəmə-psixoloji
ekspertizası, məhkəmə-fonoskopik ekspertizası, məhkəmə kompyuter-texniki
ekspertizası, əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası, kontrafakt
məhsulların məhkəmə ekspertizası və s. ekspertiza növləri üzrə tədqiqatlar
aparılaraq rəylər verilir.
Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Fuad Cavadov
bir müddət öncə əlinə düşən fürsətdən yararlanaraq, özü üçün elmi titul
qazanmağa müvəffəq olub. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin
rəisinin elmi əsərlərinə diqqət yetirdikdə bir isim xüsusi olaraq diqqət cəlb
edir: T.V.Averyanov. Görəsən, milliyyətcə erməni olan hüquqşünasla Fuad
Cavadovu nə birləşdirə bilər?.. Məlumatlı şəxs iddia edir ki, Məhkəmə
Ekspertizası Mərkəzinin rəisinin xaricdə dərc olunan bir çox məqaləsinin əsl
müəllifi məhz T.V.Averyanovdur: “Məsələn, Fuad Cavadovla Averyanovun birgə imza
atdıqları məqalələr: “Voprosi o subyektax i obyektax ekspertnoqo
issledovaniya”, “Trudi Akademi i ipravleniya”, “Aktualnıe problemı sudebnoy
ekspertizı”. 1998-ci ildə dərc olunan bu məqalələr Fuad Cavadovla erməni əsilli
Averyanovun birgə fəaliyyətinin bəhrəsidir. Daha doğrusu, Averyanov yazmış və
nədənsə Fuad Cavadovun da imzasının müəllif kimi göstərilməsinə etiraz etməyib.
Hələ bu, harasıdır. Fuad Cavadovun 2000-ci ildə hüquqi elmlər doktoru adını
almaq üçün Kiyev şəhərində yazılan “Müasir şəraitdə məhkəmə ekspertizasının
inkişafının konseptual əsasları” əsərində də erməni Averyanovun rolu bariz
şəkildə görünür. Belə çıxır ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi
plagiatlıqla məşğul olub? Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə,
doktorluq dissertasiyası yeni, böyük elmi nailiyyət və ya böyük elmi problemin
həlli kimi təsnif olunmalıdır.
Lakin Fuad Cavadovun 100 səhifəsi ölkə başçısının fərman və sərəncamları, 50
səhifəsi nizamnamələr, 100 faizi isə başqalarının fikirləri olan 300 səhifəlik
dissertasiyası redaktə belə olunmayıb. Məsələn, əlavələr faktiki olaraq 7 ədəd
olsa da, 4 ədəd göstərilib, dissertasiya saysız-hesabsız orfoqrafiya səhvilə
doludur ki, bu da elmi işin tələm-tələsik yazıldığını göstərir…”
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031