Sabirabadı kimlər, necə idarə edir?
savaşından bəhs edən faktları diqqətinizə təqdim etmişdik. Təbii ki, bu
nüfuzun əsas göstəricilərindən biri də rayonda müxtəlif vəzifələrə məhz
kimin kadrlarının təyin olunması məsələsidir. Materialda da qeyd
olunduğu kimi bu savaşın mərkəzində duran əsas simalardan biri də
Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovdur.
müdirinin “Sabirabad uğrunda mübarizəsi” heç də yeni məsələ deyil.
Xatırlayırsınızsa hələ bir müddət əvvəl qəzetimizdə dərc olunmuş
materiallarda biz dəfələrlə bu məsələyə toxunmuşduq. Həmin materiallarda
biz göstərmişdik ki, E.Bünyatov Sabirabadın keçmiş icra başçısı Heydər
Abbasovun müavinlərindən biri olmuş Vəfadar Axundovun yaxın qohumudur.
Həmçinin biz qeyd etmişdik ki, RTŞ rəisi vəzifəsinə də E.Bünyatov məhz
V.Axundovun himayəsi sayəsində təyin edilmişdi. Lakin sonralar məlum
silahlı insident barədə yayımlanan materiallarda da bu qohumluq
əlaqələri xatırlansa da, RTŞ müdiri özü V.Axundovla əsil münasibətlərini
məlum səbəblərdən maksimum pərdələməyə çalışmışdı. Vəfadar Axundov isə
adının Sabirabad RTŞ-nin müdiri ilə əlaqədar hər hansı olayda
hallanmasında ikiqat maraqlı deyildi. Bir tərəfdən artıq neçə müddətdir
ki, E.Bünyatov-V.Axundov tandemi Sabirabad rayonunda nəzarəti ələ
keçirmək üçün əməlli-başlı mübarizə aparırlar. Belə ki, özünü yenidən at
belində hiss edən V.Axundov “revanş” almaq iddiasındadır. Daha dəqiq
desək, bu iki qohum məmurun birgə səyləri Sabirabad RİH-nin başçısı
Nazim İsmayılovun vəzifədə məhz E.Bünyatovla əvəzlənməsinə nail olmağa
yönəldilmişdi. İkinci bir tərəfdən isə çox güman ki, artıq V.Axundov da
Elman müəllimin timsalında heç də etibarlı bir tərəfdaşa malik
olmadığını dərk edir. Çünki əvvəllər idman müəllimi işləmiş və hazırda
tutduğu vəzifəyə belə nə təhsil, nə də təcrübə baxımından qətiyyən
müvafiq olmayan, üstəlik neqativ şəxsi keyfiyyətləri və əliəyriliyi ilə
də kifayət qədər tanınan Elman Bünyatovun RİH başçısı kimi məsul bir
vəzifəyə namizədliyi böyük ehtimalla ciddi dairələrdə müzakirəyə belə
çıxarıla bilməz. İndi isə aldığımız məlumatlara görəartıq Vəfadar
Bağırovun adamları RİH rəhbərliyi tərəfindən hədəfə alınıb. Daxil olan
informasiyaya əsasən rayonun təhsil şöbəsinin müdiri Elman Bunyatov
hazırda icra başçısının birinci müavini işləyən Həsən Həsənovla açıq
savaş aparmaq məcburiyyətində qalıb. Məlumatlarda bildirilir ki, Həsən
Həsənov faktiki olaraq sələfi Vəfadar Bağırovun ən yaxın adamlarını
hədəfə alıb. İlk növbədə də məhz Elman Bünyadovun sıradan çıxarılmasına
başlanılıb. Məlumatlara əsasən yaxın günlərdə Həsən Həsənov təhsil
şöbəsinin müdirini yola salmaq üçün plan üzərində işləyir. Mənbələrin
deməyinə görə Sabirabadda 1 saylı Sabir adına şəhər məktəbinə direktor
təyinatı uğrunda mübarizədə pik həddə çatıb. Bildirilir ki, 3 il öncə
rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyərkən Təhsil Nazirliyinin
kollegiyasının qərarı ilə vəzifədən uzaqlaşdırılmış Məleykə Həsənova
hazırda bu vəzifəyə əsas namizədlərdən biridir. Lakin onun namizədliyi
heç də rayon ziyalıları tərəfindən birmənalı qarşılanmır. İlk növbədə
məktəbin pedaqoji kollektivi ciddi nöqsanlarına görə təhsil şöbəsinin
müdirliyindən qovulmuş belə bir şəxsin direktor təyinatına qarşı qəti
etirazlarını bildirirlər. Göründüyü kimi Sabirabadda məmurların nüfuz
savaşı artıq kulminasiya nöqtəsinə çatmaq üzrədir. Ehtimal etmək olar
ki, bu savaşın sonunda E.Bünyatovun tutduğu vəzifədə qalıb-qalmayacağı
da məlum olacaq…(dia.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=8078