Ukrayna sərhədində ağır döyüşlər gedir

06.06.2014 - 01:18

Ukrayna-Rusiya sərhəddinin Luqansk və Donetsk vilayətləri
kəsişməsindəki sahəsində çox gərgin vəziyyət yaranıb. Bu haqda Ukrayna
sərhəd xidmətinin sədri Nikolay Litvinin bəyanatında deyilir.

“Rusiya Federasiyasından gələn silahlı terrorçu dəstələrin Ukrayna
sərhəd məntəqələrinə hücumları adi hal alıb. Ukrayna sərhədçiləri ölkə
həddlərini müdafiə etmək üçün əllərindən gələni edirlər” – Litvinin
sərhəd xidmətinin internet saytında yerləşdirilən bəyanatında oxuyuruq.

Bəyanatda bildirlir ki, hazırda Donetsk vilayətinin Şaxtyorsk
rayonunun ərazisindəki “Marinovka” sərhəd keçid məntəqəsinə həm
Rusiyanın “Kuybışevo” sərhəd nəzarət postu istiqamətindən, həm də
Ukrayna ərazsinin içindən yaraqlı dəstələr hücuma keçib. Litvin xəbər
verir ki, “Ukrayna sərhəd xidmətinin şəxsi heyəti 2 tərəfdən hücuma
keçən terrorçularla ağır döyüşlər aparır”. Burada 3 sərhəddçinin
yaralandığı, qarşı tərəfin də sayı dəqiqləşdirilməyən itki verdiyi
bildilir.

Litvinov Ukrayna sərhədlirinin dövlətin bütün güc strukturlarının resursları hesabına müdafiə olunmasına çağırıb.

May ayından başlayaraq Ukraynadakı rusiyameylli silahlı qüvvələr
Luqansk şəhərindəki, Dovjansk və Ukrayna-Rusiya sərhəddinin digər keçid
məntəqələrindəki hərbi hissələrə hücumlar edir. Ukrayna tərəfi bu
hücumlarda Rusiyadan gələn silahlı dəstələrin fəal iştirakını bilidirir
və Rusiya rəhbərliyini Ukraynada vəziyyəti gərginləşdirməyə yönələn
təxribatlarda ittiham edir. Moskva Ukraynanın şərqinə heç kimi
göndərmədiyini bildirir və öz növbəsində silahlı dəstələri
zərəsizləşdirməyə cəhd edən Ukrayna rəhbərliyini öz xalqına qarşı hərbi
güc işlətməkdə ittiham edir. (azadliq.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8079

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031