Mədət Quliyevə qarşı məhbus qiyamı

06.06.2014 - 01:40

12 saylı CÇM- nin dustaqları dözülməz vəziyyətlə bağlı İlham
Əliyevi həbsxanaya dəvət edib

12 saylı CÇM- nin dustaqları dözülməz vəziyyətlə bağlı İlham
Əliyevi həbsxanaya dəvət edib

Azərbaycan Respublikas Ədiliyə Naziriliyi
Penitensiar Xidmətin 12-sayl Cəza Çəkmə Müəssisəsində cəza cəkən bir qrup məhbus
dövlət başçısı İlham Əliyev başda olmaqla bir sıra vəzifəli şəxslərə müraciət
ediblər. Surəti cumhuriyyet.az-a göndərilən müraciətdə deyilir: “Biz məhkəmənin hökmü ilə məhkum edilib cəza cəkirik. Şəxsi
maraqlarına görə Cəza Çəkmə Müəssisəsini acıq bazara döndərən rəis Rauf Məmmədov,
onun müavini Qacay Aslanov, işgəncələr kralı Babək İsgəndərov özləri cinayətkar
şəbəkə yaratmışdılar ki
bunun qarşısı alınmasa ağır nəticələrə səbəb
olacaq. Bu cinayətkar şəbəkənin yaratdığı korrupsiya, özbaşınalıq,
işgəncə, narkotika satışı nəticəsində 2 məhkum dünyasını dəyişib, xəsarətli məhkumlar
hələ də işgəncədən əziyyət cəkirlər, imkanlı məhkumlara xüsusi şərait
yaradılıb, imkansız məhkumlar alcadılır.

Müssisədə aciq- aşkar
narkotika satdıran rəhbərliyin bu əməli ölümlə nəticələnsə də qarşısı
alınmır. Belə ki 06 may 2014-cu il tarixdə məhkum Umudov Cavid Cavidan oğlu
yüksək doza narkotika qəbul etdikdən sonra dunyasını dəyişdi.

Məhkumların həftədə
2 dəfə 15-dəqiqə olmaqla doğmaları ilə telefon əlaqəsi yaratmaq nəzərdə
tutulur. Ancaq Müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əasən həftənin
bütün günləri, günün bütün saatlarınada 1 cağrışa 5-manat ödəməklə istənilən
vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi tək telefondan hər ay 25 min
manatdan cox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat, nömrə hamamda
çimmək 5 manat, camaşirxanada paltar yuduzdurmaq ayda 30 manatdır. CÇM- də 3
kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1
caynik cay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, carpayının 1-ci
yarısında yer almaq ücün 150 manat, məcburi əməyə karantində cəlb edilməmək
ücün 200 manat ödəməlisən. Əks halda işləməsən ağır işgəncələrə məruz qalıb
karsa salınıb, haqqında tənbeh tədbiri tətbiq ediləcək.

12 saylı CÇM-nin rəisi
Rauf Məmmədov və onun müavini Qacay Aslanov eyni gündə 29 dekabr 2013-cu tarixdə
bu vəzifəyə təyin ediliblər. Həmın vaxta qədər müəssisədə kompyuter tədrisi
ücün xüsusi otaq ayrılıb.13 ədəd kompyuterdə məhkumlara pulsuz dərs kecirilirdi.
Bu cinayətkar cütluyun təyinatından sonra dərslər ləvğ edildi və kompyuterdə
saatı 5 manat olmaqla oyunlar oynamağa cevirdilər. Səhər saat 10-dan axşam saat 21-dək 13 ədəd
komputerdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir.

Məhkumları tez-tez təxribata cəkib onlardan pul
alırlar. Cinayətkar cutlüyün verdiyi ağır dözülməz işgəncələrin nəticəsində müəssisədə
çoxlu sayda yaralı- xəsarətli məhkumlar var. Karsda qan su yerinə axır. Hər
ay sac qırxımı kecirilir, Sac saxlamaq ücün 1-aya 10 manat pul ödəməlisən ki, buna
görə ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir
kəs bunu aydın hiss edə bilər. Başında sacı olan və qırxılmış məhkumları görmək
kifayətdir. Maqazində hər şey 5-qat baha satılır. Məhkumlara verilən
qidalar cox-cox yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən cox pis qoxu gəlir.
Məhkumlara ayrılmış ərzaqlar maqazində və əldə satdırılır. Çürümüş kartof -soğandan,
texniki yağdan, vaxtı ötmüş ərzaqlardan hazırlanan yeməyi daimi yeyib
sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki müayinədən kecirilən zaman 700-
yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edildi. Yataqxanalarda
sıxlıq, anti-sanitariya havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə
yaxın məhkum saxlanılsa da 3 ədəd tualet, 3 su krantı var ki, bu da uzun-uzadı
növbələr yaradır, buna görə mübahisələr dava-dalaşlar olur. Bundan ancaq müəssisə
rəhbərliyi yararlanıb dava-mübahisə edən məhkumlardan pul alırlar ki, əks təqdirdə
karsa salıb, işgəncə verəcəklər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar
1-aya 300 manat verib uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri
150-200 manat rüşvətlə tətbiq edilir. Cari ilin noyabr ayınadək 400 nəfər məhkumun
cəzasının sonudur. Bu da o deməkdir ki, onlar cəzalarının dörddə üc hissəsindən
coxunu cəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə bilmədikləri
ücün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər.
Cünki məhkəməyə işləri CÇM rəhbırliyi təqdim edir. Məhkumların görüşünə gələn
qohumları ancaq ərzaq məhsulları gətirirlər ki, bu da burada verilən
qidanın qəbulunun mümkünsüz olduğunun əyani sübutudur. Məhkuma qohumu tərəfindən
verilən hər 100 manat pula görə müssəsisə rəhbərliyi 30 manat pul alır. Müəssisə
rəisi işə cox vaxt ickili kefli vəziyyətdə gəlib, məhkumların yoxlanılması
vaxtı məhkum kütləsi qarşısında nalayiq söyüşlər söyur. 12-CÇM-da məhkumların
özləri ücün yemək bişirib cay dəmləmələri ücün ayrılmış yerdə maye qazının tərkibində
dəm qazı həddindən artıq cox olduğu ücün bu ağır xəstəliklərə gətirib cıxarır. Ancaq
qarşısını alan yoxdur. Tez-tez qaz su işıq kəsilir ki, buna görə əziyyət cəkirik.
Müəssisədə 300 nəfərdən cox məhkumun adı işə yazılıb. Onların əvəzinə rəhbərlik
imza edib, əmək haqlarını mənimsəyirlər ki, bu hər aya 20.000 manat pul edir. Cəmi
60-70 nəfər işləyir. Ancaq 300 nəfərin adı işə yazılıb. Müəssisədə istehsal
olunan nərdtaxtalar təsbehlər, evciklər və. s əşyalar satışa cıxarılıb əldə
edilən pulları rəhbərlik mənimsəyir. Dövlətə hec bir vergi ödənilmir. Ümumiyyətlə
12-saylı CÇM-da hec bir dövlət qanunları işləmir. Burda korrupsiya şəbəkəsinin özəl qanunları işləyir ki
bunun qarşısı mütləq alınmalıdır. Biz mətbuat vasitəsi ilə Prezident İlham
Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Ombudsmana, Milli Təhlükəsizlik naziri
Eldar Mahmudova, Baş Prokuror Zakir Qaralova, Penitensiar Xidmətinin rəisi Mədət
Quliyevə, bütün millət vəkillərinə, İctimai Komitənin üzvlərinə beynəlxalq Təşkilatların
Azərbaycandaki Nümayəndəliklərinə, hüquq müdafiəcilərinə müraciət edib xahiş
edirik, bizə kömək edin. Həyat və sağlamlığımız cox ciddi təhlükə
qarşısındadır.12-saylı CÇM-də işgəncə, özbaşınalıq, korupsiyya, narkotika
alveri, saxtakarlıq baş alıb gedir ki buna görə cox-cox əziyyət cəkirik. Xahiş
edirik şəxsən gəlib, yazdıqlarımızı hər tərəfli araşdırıb, 12 saylı CÇM- nin korrupsiyaya
qurşanmış cinayətkar rəhbərlər barəsində qanunu tədbirlər görəsiniz.

Yolunuzu gözləyirik”.

İMZA; Baxşıyev
Tofiq, Abdullayev Bayram, Hüseynov Ceyhun, Abdullayev Ramil, Orucov Arzu,
Əliyev Tərlan, Cabbarov Mübariz və digərləri

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031