Neft və milyonlar ölkəsinin qazisi maşına görə aclıq edir

06.06.2014 - 02:01

Bərdədə Qarabağ əlili artiq iki gündür ki, heç nə yemir. Aclıq
aksiyasını da əlillərə verilən maşınlardan ona pay düşməməsilə
əsaslandırır.

ANS TV-nin məlumatına görə, Bərdədə II qrup Qarabağ əlili aclıq
aksiyası keçirir. İyunun 3-dən aksiyaya başlayan İlham Türbəndiyev ona
Qarabağ əlilləri üçün nəzərdə tutulmuş pulsuz minik avtomobili
verilməməsinə etiraz edir. İlham Türbəndiyev əslən Xocalı rayonundandır.
1991-ci ildən Bərdədəki 105 saylı peşə məktəbində məskunlaşıb. Qarabağ
döyüşlərində cəbhənin Ağdam istiqamətində sol əlindən güllə yarası alıb.
4 övladı olan Qarabağ əlili dəfələrlə lazımi qurumlara müraciət etsə
də, heç bir nəticə vermədiyini deyir.

Qarabağ əlili İlham Türbəndiyevin sözlərinə görə, onun sənədlərinə
baxan yoxdur: “Mənə yazdıqları cavabda qeyd edirlər ki, avtomobil yalnız
Qarabağ uğrunda döyüşlərdə iştirak edənlərə verilir. Sənədə baxan
yoxdur. Bunlar araşdırma aparmırlar ki, mən Azərbaycanın ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə iştirak etmişəm”.

İlham Türbəndiyev dabanlarını da don vurduğunu deyir. Son dəfə isə
Qarabağ əlili Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun
qəbulunda olub.

İlham Türbəndiyev deyir ki, “Nazir məni dinlədi. Sonra Saday müəllim
üzünü tutub dedi, bu nə məsələdir. Cavabında isə Saday müəllim nazirə
bildirdi ki, bunun xəsarəti yüngüldür. Mən xəsarətimi cənab nazirə
göstərdim. Nazir isə sənədlərimin yenidən araşdırılması barədə göstəriş
verdi”.

Bu ərəfədə Bərdə Şəhər Poliklinikasının həkimləri də əlilin səhhətini yoxlamaq məqsədilə onun məskunlaşdığı ünvana gəldilər.

Həkim Camal Namazov qeyd etdi ki, biraz başında ağrıları var: “Belə
ki, bir neçə gündür aclıq elan etdiyinə görə başında ağrılar var.
Yoxlamışıq, eyni zamanda müayinədən keçirmişik, səhhəti barədə ciddi bir
narahatçılıq yoxdur”.

Məsələ ilə bağlı Bərdə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası ilə
əlaqə saxladıq. Komissiyadan bildirdilər ki, İlham Türbəndiyev iki dəfə,
2011 və 2013-cü ildə Respublika Tibbi-Sosial Ekspert Mərkəzində müayinə
olunub. Hər iki yoxlamada Qarabağ əlilində əlillərin xüsusi avtomobil
və motorlu araba ilə təmin olunması qaydaları haqqında təlimatda
göstərilən 28 xəstəlikdən heç biri aşkar olunmayıb. 21 saylı
Tibbi-Sosial Ekspert Komissiyasından onu da bildirdilər ki, dabanlarını
don vurması ilə bağlı şikayətə gəldikdə isə İlham Türbəndiyev yenidən
mərkəzdə müayinədən keçə bilər. Bundan sonra əgər tibbi göstəriş
verilərsə, avtomobil növbəsinə duracaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31