“Benzinin qiyməti yenidən bahalaşacaq”

06.06.2014 - 10:09
“ARDNŞ-nin “keyfiyyətsiz benzin” açıqlaması buna işarədir”

“ARDNŞ-nin “keyfiyyətsiz benzin” açıqlaması buna işarədir”

Bu barədə Modern.az saytına
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid
Əhmədov məlumat verib. O, bildirib ki, Azərbaycanda benzinin keyfiyyəti
yüksələndən sonra qiymətlərdə də bahalaşma gözlənilir.
Deputatın
sözlərinə görə, benzinin markasının dəyişdirilməsi və keyfiyyətinin
yaxşılaşdırılması sözsüz ki, yanacağın qiymətinin bahalaşmasını qaçılmaz
edəcək.
“”Avro-4″ə keçiddən sonra benzinin qiymətində müəyyən bahalaşma oldu.
Əlbəttə,
benzinin keyfiyyətinin normal olması üçün əvvəlcə normal qurğular və
texnologiyalar lazımdır. Artıq bununla bağlı ARDNŞ iş görür. Bakı
Neftayırma Zavodunda yenidənqurma işləri aparırlar. Nə vaxta bitəcək,
onu deyə bilmərəm, amma benzinin markasının dəyişdirilməsi və
keyfiyyətinin yaxşılaşdırılması əlbəttə, müəyyən məsrəflər tələb edir. 
Həmin məsrəflərin qarşılığında qiymətlərin bahalaşması gözlənilir”.
Qeyd
edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti
David Məmmədov dünən jurnalistlərə açıqlamasında Azərbaycanda istehsal
olunan yanacağın tam olaraq ölkə tələbatını ödədiyini, lakin
keyfiyyətinin müasir tələblərə cavab vermədiyini bildirib. Artıq ARDNŞ
yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin
yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum
bununla bağlı inkişaf proqramı hazırlayır.
İnkişaf proqramına
Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi
daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda
2018-ci ildən etibarən “Avro 5” standartlarına uyğun benzin, kerosin,
dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.
Vitse-prezidentin bu açıqlaması benzinin qiymətində yenidən bahalaşma olacağı ilə bağlı fikirlər yaradıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8085

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031