Putin haqda sensasion iddia

06.06.2014 - 10:12

“G7” rəhbərləri Brüsseldə sammitdə Ukraynaya ciddi dəstək verdi; Rusiya prezidenti isə
ABŞ-ı Səddam Hüseynə görə ittiham etdi

Dünyanın
inkişaf etmiş 7 ölkəsi “G7” rəhbərləri Brüsseldə keçirdikləri sammitdə
Ukraynadakı son vəziyyətlə bağlı bəyanat verib. Bu ölkələr Ukrayna
ordusunun ölkənin şərqində həyata keçirdikləri əməliyyatları ölkədə
sabitliyin bərpa olunmasına təşəbbüsü kimi qiymətləndiriblər.

“G7”
ölkələri Rusiyanı Ukrayna ilə dialoqa çağırıb. Almaniyanın baş naziri
Anqela Merkel Putinə Poroşenko ilə bir masa arxasına oturmağı və
regionda olan vəziyyəti sülh yolu ilə həll etməyi təklif edib.
“Böyük yeddilik” ölkələri Ukraynaya 18 milyard dollarlıq maliyyə yardımı edəcəklərinə söz veriblər.
Bu
barədə “G7” liderlərinin Brüsseldə görüşü zamanı qəbul etdikləri
bəyanatda bildirilib. “Biz Beynəlxalq Valyuta Fondunun Ukraynaya 17
milyard dollarlıq yardım ayırması qərarını alqışlayırıq və bu gün də
“G7″ ölkələri tərəfindən Ukraynaya 18 milyard dollarlıq yardım ayrılması
qərarına baxılıb” deyə, bəyanatda bildirilib.
Bu
arada Slavyansk rayonunda aparılan antiterror əməliyyatlarında iştirak
edən hərbçilərin mövqeləri T-64 tankları ilə gücləndirilib. Məlumatda
həmin zirehli texnikanın Ukrayna anti-terror əməliyyatı qüvvələrinin
mövqelərini qoruduğu, həmçinin separatçıların mövqelərinə zərbələr
endirdiyi bildirilib.
Rusiya Federasiyasının
prezidenti Vladimir Putin Ukraynanın şərqinə Rusiya tərəfdən
döyüşçülərin və silahların göndərilməsinə dair sübut təqdim edilməsini
tələb eləyib.
Putin bu barədə “Avropa-1” radiosuna və TF1
telekanalına müsahibə verərkən söyləyib. O, ABŞ-ın Səddam Hüseyni haqsız
yerə edam etdiyini vurğulayıb: “ABŞ dəfələrlə qeyd edib ki, Ukraynadakı
vəziyyətə Rusiya müdaxilə edir və silahlı qüvvələrini ora göndərir. Bəs
sübut hanı? Qoy mənə sübut təqdim etsinlər. Vaxtilə ABŞ-ın dövlət
katibi BMT-nin Təhlükəsizlik Şurasında İraqda kütləvi qırğın
silahlarının olduğuna sübut kimi hansısa yuyucu tozunu göstərmişdi.
Nəticədə ABŞ qoşunları İraqa daxil oldular və Səddam Hüseyni asdılar.
Lakin sonda məlum oldu ki, İraqda kütləvi qırğın silahlarının heç biri
yoxdur və heç olmayıb da. Siz bilirsiz, danışmaq başqa, sübut əldə etmək
isə tam başqadır”.
Ukrayna prezidentinin
səlahiyyətlərini hələ də icra edən Aleksandr Turçinov isə Donbas və
Luqansk vilayətləri ilə həmsərhəd ərazilərdə Rusiya ilə sərhədin
bağlanmasını istəyib.
Turçinov bunu antiterror
əməliyyatlarının başlıca elementi adlandırıb. Turçinov əlavə edib ki,
sərhədlərin bağlanması terrorçuların əl-qolunu bağlayardı. 
ABŞ
isə Rusiya qoşunlarının Ukrayna ilə sərhəd zonasından çıxarıldığını
təsdiqləyib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin
nümayəndəsi Mari Harf deyib.
“Qoşunların sərhəd zonasından
çıxarılması davam edir, lakin bu proses gec gedir. Biz ümid edirik ki,
bu, daha tez baş verəcək”, – deyə,  o vurğulayıb.
Rusiya prezidentinin məsləhətçisi Sergey Markov isə sensasion sayıla biləcək açıqlama ilə çıxış edib.
O deyib ki, Qərb Putinsiz yeni Rusiya yaratmaq istəyir: 
“Ukrayna
hadisələrindən sonra Qərb Putinə çox əsəbiləşib. Onlar üçün Putinin
olmamağı ən yaxşı variantdır. Əgər Putin Qərbə səfər etsə, onu
Normandiyada həbs edə bilərlər. Bizdə olan məlumata görə, həqiqətən belə
bir fikir indi ən yüksək dairələrdə müzakirə olunur. Vaşinqton hesab
edir ki, Putin ələ keçsə, Rusiyada asanlıqla çevriliş edib, yeni hökumət
yaratmaq olar. O isə bütün şərtlərin hamısını yerinə yetirəcək”.
Qeyd
edək ki, iyunun 6-da 18 ölkənin dövlət başçısı və İkinci Dünya
müharibəsinin 1000 veteranı müharibə zamanı Qərb cəbhəsinin açılması –
müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 70 illiyinə həsr
edilmiş tədbirlərdə iştirak edəcək. Tədbirlərdə Ukraynanın yeni
prezidenti Pyotr Poroşenko da iştirak edəcək.
Bu səfərdə Putinin İngiltərənin baş naziri Devid Kameron və Almaniya kansleri Angela Merkellə təkbətək görüşü nəzərdə tutulur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031