Britaniyanın baş naziri Putinin əlini sıxmadı

06.06.2014 - 10:38

II dünya müharibəsində Fransanın Normandiya əyalətinə desant
çıxarılmasının 70 illiyi ilə bağlı təşkil edilmiş mərasimlərə qatılmaq
üçün bu ölkədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin fransalı
həmkarı Fransua Olandla mehribancasına görüşüb və onunla birlikdə şam
yeməyi yeyib.

Ukrayna böhranına görə Qərb liderləri ilə münasibətləri
soyuyan Putinin F.Ollandla görüşü mətbuatın diqqət mərkəzində olub.

Fransa prezidenti rusiyalı həmkarını isti qarşılayıb və onunla şam
yeməyi mərasimi zamanı saat yarım söhbət edib. F.Ollandın V.Putini
Normandiya əyalətinin ənənəvi mətbəxinə, əsasən dəniz məhsullarına qonaq
etdiyi bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin
söhbətinin hərtərəfli və zəngin olduğunu bildirib. Görüşdə Ukrayna
böhranı və yeni seçilmiş prezident Pyotr Poroşenkonun andiçmə mərasimi
də müzakirə olunub.

Normandiyada Putin Böyük Britaniyanın baş naziri Devid Kemeronla da
görüşüb. Ancaq Ollanddan fərqli olaraq Kemeron Putinin əlini sıxmayıb.
Onların görüşü ənənəvi əlsıxma mərasimi olmadan başlayıb. Putinlə
Kemeron Ukrayna böhranının nizamlanması yollarını müzakirə ediblər.

Putinin bu gün ABŞ prezidenti Barak Obama ilə görüşü də istisna edilmir.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031