AŞPA-nın sessiyasının gündəliyi bəlli oldu

06.06.2014 - 10:49

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də
Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi bəlli olub. AŞPA-nın
mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiyanın ilk
günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər
Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək.

Daha sonra o, parlamentarların suallarını cavablandıracaq. Həmin gün
qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı
dinləniləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı
müzakirələr olacaq.

Iyunun 25-də Azərbaycanın dövlət başçısı Ilham Əliyev sessiyada çıxış
edəcək. Sessiya zamanı Avropa Şurası baş katibi vəzifəsinə seçki
keçiriləcək və Avropa Insan Haqları Məhkəməsinə yeni hakimlər
seçiləcək. Bundan əlavə, sessiyada Avropa Insan Haqları Məhkəməsinin
müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər
mövzular üzrə debatlar keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=8094

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31