Azərbaycan Rusiyada zərərə düşüb

06.06.2014 - 10:58

Neft Fondunun hesabatı göstərir ki, bu ölkəyə investisiya qoyuluşunun perspektivi yoxdur

Xəbər verildiyi kimi Azərbaycan və Rusiya birgə investisiya fondu
yarada bilər. Bunu Bakıda Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf
naziri Aleksey Ulyukayev bildirib. Aleksey Ulyukayev deyib ki, bu
məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə
müzakirə olunub. “Rusiya-Azərbaycan fondu iri layihələrin həyata
keçirilməsinə yardım edə bilər”, – deyə A.Ulyukayev qeyd edib.

Bu yaxınlarda isə SOCAR-la “Rosneft” arasında anlaşma və gələcəkdə
investisiyaların hər iki ölkədə artırılması ilə bağlı memorandum
imzalanıb.

Yəni, Azərbaycan Rusiyada yatırımlar etməyə həvəsli görünür. Lakin
iqtisadçılar bildirir ki, Rusiyaya investisiya qoyulmasının perspektivi
yoxdur. Ekspertlərin fikrincə, Azərbaycandan bundan yalnız itirə bilər.
Çünki Rusiya yatırımlar üçün rislkli ölkə sayılır. 

Deputat, iqtisadçı Vahid Əhmədov da Rusiya ilə dünya birliyi arasında
problemlər yarandığını əsas gətirərək bu ölkəni Azərbaycan üçün riskli
zona hesab edir. Bu baxımdan o, Rusiyaya yüksək səviyyədə investisiya
qoyulmasını doğru hesab etmir. 

Dövlət Neft Fondunun 2014-cü ilin birinci rübü üçün hesabatında da
vurğulanır ki, 2014-cü ilin əvvəlində əvvəlində Ukrayna ilə bağlı
hadisələrin nəticəsi olaraq Neft Fondunun Rusiyadakı investisiyalarının
qiymətlərində kəskin enmə müşahidə olunmuşdur. Bununla bağlı digər
investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin
idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində
zərərlə nəticələnib. Bu fakt bir daha sübut edir ki, Rusiya investisiya
qoyuluşu üçün riskli ölkədir və Azərbaycanın bu ölkəyə yatırım etməsinin
mənfəətlə nəticələnməsi inandırıcı deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=8098

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31