Qənirə Paşayeva BMT təmsilçisi ilə görüşüb

06.06.2014 - 12:40

Millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT
Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka
ilə görüşdə məcburi köçkün qadınlardan danışıb. 
Parisdə
Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva
konfrans çərçivəsində BMT Baş katibinin müavini və BMT Qadın (UN Women)
təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka ilə görüşüb. Millət
vəkili Qənirə Paşayeva BMT Baş katibinin müavini və BMT Qadın (UN
Women) qurumunun icraçı direktoru Phumzile Mlambo-Ngcukaya Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT
Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan
tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə
bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.
Millət vəkili Q. Paşayeva bütün azərbaycanlıların BMT rəhbərliyindən
təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi
istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib.
Qənirə Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün
böyük sarsıntılar yaşayan  1 milyon azərbaycanlı qaçqın və məcburi
köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT
rəhbərliyindən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının
bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini
BMT Baş katibinin müavini və BMT Qadın (UN Women) təşkilatının icraçı
direktoru Phumzile Mlambo-Ngcukanın diqqətinə çatdırıb. Azərbaycanlı
qaçqın və məcburi köçkünlərin, onların həyat şəraitinin, sosial
vəziyyətlərinin yaxşılaşdırılması istiqamintində Azərbaycanda görülən
işlərlər bağlı BMT Baş katibinin müavininə bəzi  məlumatlar verən millət
vəkili  BMT Baş katibinin müavinindən bir qadın kimi 20 ilə yaxındır
ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün
qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının
bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da
artırmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva BMT Baş katibinin
müavini  və BMT Qadın (UN Women) təşkilatının icraçı direktoru Phumzile
Mlambo-Ngcukaya Azərbaycan həqiqətlərini, ermənilərin dinc
azərbaycanlılara  qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi
soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi
Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi
Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini
abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən
 “Azərbaycan Həqiqətləri”  filmləri kataloqunu və materialları təqdim
edib. BMT Baş katibinin müavini  və BMT Qadın (UN Women) təşkilatının
icraçı direktoru Phumzile Mlambo-Ngcuka qaçqın və məcburi köçkün
qadınlarla bağlı məsələlərin, onların üzləşdiyi problemlərin öz həllini
tapmasının vacib olduğunu bildirib və onların problemlərinin həlli
istiqamətində  öz səylərini və dəstəyini artıracağını deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8102

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31