ABŞ daha bir hərbi bazasını bağladı

06.06.2014 - 13:04

ABŞ-ın Asiyadakı hərbi əməliyyatlarının əsas dayağı olan Qırğızıstanda yerləşən “Manas” hərbi bazası bağlanıb. Axar.az xəbər verir ki, bu barədə “TRT Avaz” kanalı məlumat yayıb. Qırğızıstan və Amerika Birləşmiş Ştatları arasında baş tutan razılaşma çərçivəsində Bişkek Beynəlxalq hava limanında olan “Manas” bazası tamamilə boşaldılıb. ABŞ əsgərlərinin təxminən 13 illik istinadgahının açarları Qırğızıstan hökumətinə təslim edilib. Bu baza ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarında strateji nöqtə rolunu oynayıb və təxmini rəqəmlərə görə tranzit yer kimi buradan 5 milyona qədər əsgər Əfqanıstana və əks istiqamətə daşınıb. Bundan əlavə “Manas”da Əfqanıstan müharibəsi dönəmində 33 min təyyarə havada, 136 min təyyarə yerdə yanacaqla təmin edilib və 42 min yük daşıması reallaşdırılıb.
“Manas”ın Vaşinqton tərəfindən icarəsi bu ilin fevralında bitib, amma rəsmi razılaşmaya əsasən, hərbi baza bu ilin iyulunda tamamilə bağlanacaq
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8107

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031