Goranboyda hərbçilər qəzaya düşdü
Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, qəza
nəticəsində xəsarət alan, müddətdən artıq xidmət edən hərbi qulluqçu
Əsgər Əliyevin xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım
göstərildikdən sonra evə buraxılıb.
Qəzanı törədən sürücü isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
***
10.47
Azərbaycanda hərbçilər yol qəzasına düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə,
hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N”
saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu
Xəzər Mobil oğlu Həsənovun idarə etdiyi “BMW” markalı avtomobili yol
kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi
Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8112