Ağdamda maliyyə talanı
Ağdamın “qızıl üçlüyü” və Quzanlıda mənimsənilən milyonlar

aparılması adı altında milyonlarla manat dövlət vəsaiti mənimsənilib
Mənimsənilən
vəsaitlərdə sabiq icra başçısı ilə yanaşı Ağdam rayon Maliyyə
İdarəsinin müdiri Elşad Əhmədovun, Quzanlı qəsəbə icra nümayəndəsi Zabil
Mehdiyevin və görülən işlərin icraçısı Qabil Həsənovun böyük rolunun
olduğu bildirilir.
Pia.az-a
bu barədə Ağdamdan daxil olan məlumata görə Ağdamda aparılan abadlıq
işlərinin korrupsioner “Qızıl üçlüyü” kimi bilinən Elşad Əhmədov, Zabil
Mehdiyev və Qabil Həsənov son illərdə 3 ildə Quzanlının
abalaşdırılmasından əldə etdikləri qanunsuz qazanclar hesabına milyonerə
çeriliblər. Qabil Həsənovun sahibi olduğu “Murovdağ-2012” MMC, “Təmir
Tikinti Quraşdırma Təchizat” MMC, “Şərhud İnşaat” MMC və “Tikinti-2011”
MMC-lərin vasitəsi ilə milyonlarla dövlət vəsaiti nəqdləşdirilərək
hesabdan çıxarılıb. Çox qəribədir ki, son 3 ildə Quzanılıda aparılan
işlərlə bağlı əksər tendeerləri məhz Qalib Həsənovun yuxarıda adı keçən
MMC-ləri qazanıb və bu məsələdə Ağdam rayon Maliyyə İdarəsinin müdiri
Elşad Əhmədovun müstəsna xidmətləri olub. Məhz Elşad Əhmədovunn səyləri
nəticəsində Ağdamın “qızıl üçlüyü” bir neçə milyon manat dövlət
vəsaitini mənimsəməyə nail ola biliblər.
Daxil
olan məlumatda göstərilir ki, mənimsənilən vəsaitin 5 faizi sabiq icra
başçısı Nizami Sadıqova çatsa da, “qızıl üçlüyün” qazancı yüz min
manatlarla ölçülüb. Elə bu üzdən də Quzanlı icra nümayəndəsi Zabil
Mehdiyevin davranışları icra başçılarının davranışlarından heç də geri
qalmayıb. Yəni adam faktiki olaraq özünü Quzanlının sahibi kimi aparıb.
Məlumata
əsasən Qalib Həsənovun şirkətlərinin adına ümumilikdə 2012 və 2013 cü
illərdə Ağdam rayonun kənd, qəsəbələrindəki abadlıq, yol tikintisi,
təmir adı altında 3 milyon manatdan çox vəsait silinib. Belə ki, 2012 ci
ildə Quzanlı qəsəbəsində Z.Əliyeva adına parkın abadlaşdırılması üçün
“Şərhud İnşaat” MMC 115 min manat, Əhmədağa kəndində səkilərin
quraşdərəlması üşün “Tikinti-2011” MMC 45 min manat, İmamqulu kəndindən
Ayaqqərvənd kəndinə gedən yolun təmiri üşün”Tikinti-2011″MMC 48 min
manat, Çimənli, Qaradağlı kənd icra nümayəndəliklərinin binasının təmir
edilməsi üçün “Murovdağ-2012” MMC 55 min, Xındırısatan kəndində yolların
asfaltlanması üçün “Tikinti-2011” MMC 25 min, Quzanlı qəsəbəsində
asfaltlanma işinə görə “Murovdağ-2012” MMC 90 min, həmçinin Ağdaç
rayonunda fəaliyyət göstərən Dövlət Sosial İqtisadi Kollecində təmir
işləri, digər maşən avadanlıqlarının alınması, abadlıq işləri,
dəftərxana ləvazimatları və sair işlər üçün “Tikinti-2011” MMC, “Şərhud
İnşaatçı” MMC 40 min manat vəsait köçürülüb.
Məlumatlı
mənbə qeyd edir ki, Qalib Hüseynov Quzanlı qəsəbəsinin icra nümayəndəsi
Zabil Mehdiyevlə əlbir olaraq görüntü naminə bəzi abadlıq işləri
görərək ayrılan vəsaitlərin yarısının maliyyə idarəsinin müdiri Elşad
Əhmədovunda faizini verməklə mənimsəyiblər. Bundan başqa 2013-cü ildə
Quzanlı qəsəbəsində H.Əliyev parkının abadlaşdırılmasına
“Murovdağ-2012″MMC 280 min, Xındırıstan Bəybalalar, Əhmədağalı
-Nirəşəli, Mahrızlı -Alıbəyli, Üçoğlan- İmamqulubəyli-Quzaanlı qəsəbə
yollarının çınqıllanması, asfaltlanması üçü “Təmir Tikinti Quraşdırma
Təchizat” MMC 300 min, Üçoğlan, İmaqulubəyli, Xındırıstan kənd arası
yolların çınqıllanmasına görə “Murovdağ-2012” MMC 50 min mnaat vəsait
köşürülmüşdür.
Məlumatlı
mənbəmiz bildirir ki, Qalib Həsənovun şirkətləri həmdə keçmiş icra
başçısıs Nizami Sadıqovun, Quzanlı icra bümayəndəsi Zabil Mehdiyevin və
rayon maliyyə idarəsinin müdirir Elşad Əhmədovun vəsait silmə, çirkli
pulları yumaq rolunu oynayırdı. Son 3 ildə iş adamının şirkətlərinin əli
ilə müxtəlif işlərin görülməsi adı altında 4 milyona yaxın vəsaitin
silindiyi bildirilir. Silinmə prosesində isə Qalib Həsənova ümumi
məbləğin 13 fazinin çatdığı qeyd olunur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə dərc etməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=8113