Əliyevin AŞPA-dakı çıxışı yarımçıq qala bilər

Avropanın
fundamental dəyərlərinin tüpürülməsinə göz yummağa məcbur olan
parlamentarilər bu çıxışı ya susqunluqla dinləməli, ya da buna
etiraz etməli olacaqlar

fundamental dəyərlərinin tüpürülməsinə göz yummağa məcbur olan
parlamentarilər bu çıxışı ya susqunluqla dinləməli, ya da buna
etiraz etməli olacaqlar
keçiriləcək. Sessiyanın birinci günü Azərbaycanın xarici işlər naziri,
AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək. Və
ardından parlamentarilərin suallarını cavablandıracaq.
Hakimiyyətə
görə daha çox imic rolunu oynayan bu tədbir Azərbaycan cəmiyyəti üçün
də çox mühüm əhəmiyyətə malikdir. 140 siyasi və vicdan məhbusu olan
ölkədə insanlar məhkəmələrdə gerçəkləşən ədalətsizliyin məhz bu tədbirlə
bərqərar olunacağına ümidlidir. Artıq bir aydır İlhama Əliyevə siyasi
məhbusların əfv etməsi ilə bağlı hüquqmüdafiəçiləri və ictimaiyyətdə
tanınmış simalar adından müraciətlər səslənir. Böyük ümidlə gözlənilən
28 maya həsr olunan əfv aksiyasında sıradan bir cinayət törədənlər
azadlığa buraxıldılar.
Siyasi
məhbusların məsələsini qaldıran hər kəs başda prezident olmaqla bütün
məiyyəti “Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur”
cavabını alır. Hakimiyyət nə qədər də siyasi məhbus probleminin onu
narahat etmədiyini göstərməyə çalışsa da siyasilərin Qərbdəkilərə
qıcıqlı reaksiyaları və kürü diplomatiyası bunun əksini göstərir.
Hakimiyyət
də siyasi məhbuslardan azad olmaq istəyir. Amma öz dəsti-xətti ilə.
Neçə gündü mətbuatda həbsdə olan (keçmiş) NİDA-çı Bəxtiyar Quliyevin
ard-arda məktubları dərc olunur. Bu məktubların mahiyyəti ondan
ibarətdir ki, gənc fəal “siyasi məhbus” adından imtina edir.
Bu
günsə, məlum oldu ki, həbsxanada məsul olan şəxslər bütün NİDA-çı
gənclərdən əfv ərizəsini yazmalarını istəyiblər. Kimi əzə bilirsə, ondan
“siyasi məhbus” adından imtina etməsinə nail olur, bununla da siyasi
məhbuslarının sayını azaltmağa çalışır.
Digərlərinə
isə əfv ərizəsi yazdırır. Hakimiyyət bu hərəkəti ilə mahiyyətini
göstərir. Daxili qınaqla və xarici təzyiqlə üz-üzə qalan dövlət başçısı
siyasi rəqiblərinə uduzduğunu rəiyyətə göstərmək məcburiyyətində qalıb.
Amma bunu məhz onlara şəxsən uduzaraq həyata keçirə bilməz. Əgər
azadlığa buraxarsa belə, rəqiblərini özündən şəxsən əfv dilətdirməklə
həyata keçirmək istəyir.
İyirmi
gündən sonra ölkəsində 140 siyasi məhbusu olan, söz azadlığını boğan,
siyasi rəqiblərini həbs etdirən dövlət başçısı Avropa
parlamentarilərinin qarşısında siyasi çıxış edəcək. Avropanın
fundamental dəyərlərinin tüpürülməsinə göz yummağa məcbur olan
parlamentarilər isə bu çıxışı ya susqunluqla dinləməli, ya da buna
etiraz etməli olacaqlar. Bu təşəbbüsü isə Azərbaycanın sivil toplum
nümayəndələri göstərməlidirlər. Azərbaycanda baş verən haqsızlığı öz
üzərilərində hiss edən sivil toplum nümayəndələri AŞ Parlament
Assambleyasının toplatısında avtoritar prezidentin çıxışına “xüsusi”
hazırlaşmalıdılar. O zaman avropalılardan da onların dəyərlərini
tapdayan ölkə başçısının sədrliyinə adekvat reaksiyanı görərik.
Lalə Mehdi
Short URL: http://www.cumhuriyyet.net/?p=8117