Rafet El Romanı Bakıya buraxmadılar

06.06.2014 - 23:56

Almaniya vətəndaşı olan Rafet El Romanın viza məsələsində problem yaranıb

Tanınmış türkiyəli müğənni Rafet El Romanın sabah Azərbaycanda
verəcəyi konsert təxirə düşüb. Bu barədə lent.az-a konsertin
təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O bildirib ki, müğənninin
vizasında problem olduğuna görə, Bakıya gələ bilməyib: “Bildiyiniz kimi,
Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi
planlaşdırırdı. Viza məsələsində problem yaranıb. Buna görə də bu gün
Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-nə saat 21:00-a qədər
təxirə saldıq. İstəyirik ki, konsert şənbə gününə düşsün. İyunun 7-nə
alınan bütün biletlər iyunun 28-i üçün keçərli olacaq”.

Xatırladaq ki, aparıcısı Zaur Nəbioğlunun olduğu gecədə türkiyəli
müğənni ilə eyni səhnəni azərbaycanlı müğənni Günay İbrahimli də
paylaşacaqdı.

Qeyd edək ki, konsertə biletlərin qiymətləri 70-200 manat idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031