İşıq və qazın qiyməti 3 il qalxmayacaq

07.06.2014 - 00:06

2014-2017-ci illərdə Azərbaycanda elektrik enerjisi və qaz tarifləri dəyişməz qalacaq.

Bu barədə “Fitch Ratings” reytinq agentliyinin “Azərenerji” ASC-nin reytinq fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bu proqnozlar enerji operatorunun özünün gözləntilərinə əsaslanır.
Bundan başqa, “Fitch” “Azərenerji”nin dövlətlə hüquqi əlaqələrini güclü
qiymətləndirir. Belə ki, dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü
ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən
89 faizi) üzrə zəmanət verməyə davam edir. “Fitch” hesab edir ki, bu
göstərici 2014-2017-ci illərdə sabit qalacaq.

Məlumatda deyilir ki, ölkədə elektrik enerjisi tarifləri tez-tez
dəyişmir və sonuncu belə dəyişiklik 2007-ci ildə olub. Yanacaq xərcləri
şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. 2013-cü
ilin dekabrında qazın qiyməti 48 faiz artaraq 1 milyon kubmetrə görə 80
min manata çatıb. Halbuki elektrik enerjisi tarifləri dəyişməz qalıb”.

“Fitch” “Azərenerji” üçün təbii qaz tariflərini dövlətin daha bir dəstəyi kimi qiymətləndirir.

Agentliyin analitiklərinin fikrincə, tariflərin “xərclər üstəgəl”
prinsipi üzrə müəyyənləşdirilməsi mexanizmi enerji şirkətləri üçün
ümumilikdə əlverişlidir, lakin bu modelin Azərbaycanda tətbiqi sosial
siyasət düşüncəsi ilə əlaqədar xeyli dərəcədə məhdudlaşıb (Trend).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031