Qardaş ölkələr hərbi təlim keçirəcək

07.06.2014 - 00:22

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri yaxın vaxtlarda birgə hərbi təlim keçirəcək

 

Yaxın vaxtlarda Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı
qüvvələrinin bölmələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi
planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfdən tabor, Türkiyə tərəfdən isə bölük səviyyəsində
qatılım olacaq hərbi təlim iki ölkə arasında hərbi əməkdaşlıq sazişi
çərçivəsində həyata keçirilir.

Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri
arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirməkdir.
Təlim qərargah və səhra hissəsindən ibarət olacaq.
Təlimin keçiriləcəyi tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, bu ilin yanvarında Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Qış-2014” adlı hərbi təlim keçirilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8121

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031