Kabinetində döyülən nazir
Naxçıvandakı olayın təfərrüatları

Dövlət Komitəsində təxminən 2 ay əvvəl qeydə alınan skandalın əks-sədası
davam edir. Komitə sədri Malik Rzayevin öz kabinetində döyülməsi ilə
üzə çıxan rüsvayçılığı hüquq-mühafizə orqanları ört-basdır etməyə
çalışsalar da, hələ də bütün Naxçıvan bu hadisədən danışır və MR
rəhbərliyinin qəbul edəcəyi qərarı gözləyir.
Xatırladaq ki, nazir statusunda olan komitə sədrinin xidməti
kabinetində döyülməsi qısqanclıq zəminində olub. Malik Rzayevi öz
kabinetində döyərək müxtəlif xəsarətlər yetirən şəxs onun öz işçisi və
qonşu kəndçisidir. Hadisədən sonra hər iki tərəf polisə şikayət edib,
lakin “səbəbkarın” və Komitənin digər işçilərinin ifadələri əsasında məhz döyəni “günahkar” çıxarmaq mümkün olub.
Bizə verilən məlumata görə, hazırda isə hadisəni hətta şantaj cəhdi kimi qələmə verməyə çalışırlar. Bunun sayəsində də hadisənin ilk günlərində kabinetindən çölə çıxmayan komitə sədri indi hətta camaat arasına da çıxır…
“Naxçıvanda hamı bu işə məəttəl qalıb. Necə oldu ki, Vasif müəllim belə biabırçılığa göz yumdu, Malik Rzayevi cəzalandırmadı”,
deyə mənbəmiz bildirir. Lakin onu da əlavə edir ki, çox güman bu, Malik
Rzayevin Məhərrəm Talıbovla sinif yoldaşı və dost olması ilə bağlıdır…
Mənbəmiz Naxçıvan tarixində anoloqu olmayan hadisə ilə
üzləşmiş – öz kabinetində basılmış komitə sədrinin fərari olduğunu,
vaxtilə hərbi xidmətdən yayınmaq üçün o vaxtkı pulla 300 min manat pul
verdiyini deməyi də unutmadı. Hərbi xədmət keçməmiş bir şəxsin yüksək
vəzifə titması isə “Dövlət Qulluğu Haqqında” Qanuna ziddir.
Təəsüf ki, bu məlumatlarla bağlı Malik Rzayevin özü ilə danışmaq cəhdimiz baş tutmadı.
Bununla belə, onun mövqeyini yayımlamağa hazır olduğumuzu bildiririk.(Azpolitika)
Short URL: http://www.cumhuriyyet.net/?p=8123