Rəfael Cəbrayılov haqda yazılanlar: düşünülmüş kampaniya yolverilməzdir

05.11.2016 - 18:29

rrSon günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 46 saylı Şirvan seçki dairəsindən deputat seçilmiş Rəfael Cəbrayılov haqda həqiqəti əks etdirməyən silsilə yazılar dərc olunmaqdadır. Sayt və xəbər portallarının elektron ünvanına anonim şəkildə ötürülən həmin məlumatların tərəfimizdən araşdırılması zamanı isə məlum olmuşdur ki, bu məlumatlar doğruluq yükündən məhrum olmaqla yanaşı, kimlərinsə qara piar kampaniyasının tərkib hissəsidir. Həmin iddiaların ictimailəşməsində iştirakçı olduğumuzdan deputat R.Cəbrayılov haqda saytımızda dərc olunmuş materialları təkzib edirik. Eyni zamanda bildiririk ki, cumhuriyyet.az olaraq istər Rəfael Cəbrayılova, istərsə də hər hansı digər bir şəxsə qarşı planlaşdırılmış qara piar kampaniyasının iştirakçısı deyilik.
Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).
III çağırış Azərbaycan Milli Məclisinin deputatıdır. 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=81235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728