Erməni nazir Azərbaycandan qorxduğunu etiraf etdi
Ermənistan müdafiə naziri Seyran Ohanyan ilk dəfə olaraq Azərbaycan ordusunun Naxçıvandakı birləşmələrindən danışıb.
Erməni KİV-lərinə müsahibə verən erməni nazir Azərbaycan ordusunun
sərhədi pozan iki erməni xüsusi təyinatlısını zərərsizləşdirməsinə şərh
verib.
Seyran Ohanyan Naxçıvandakı birləşmələrin çox güclü olduğunu
vurğulayıb: “Naxçıvan sahəsi Azərbaycan üçün xüsusi önəm kəsb edir –
orda bütöv bir ordu formalaşıb. Bizdə olan məlumata görə, onun
formalaşdırılmasında Türkiyədən gəlmiş kiçik bölmələr, xüsusi
təyinatlılar iştirak ediblər” (ANS).
Short URL: http://www.cumhuriyyet.net/?p=8124