Sərnişin gediş haqqını istəyən sürücünü bıçaqladı

07.06.2014 - 01:38

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına
görə, hadisə Cəlilabad şəhərinin  Heydər Əliyev prospektində qeydə
alınıb. Cəlilabad rayon sakini, 24 yaşlı Emin Cəfərov müştəri qismində
avtomobilə əyləşmiş rayon sakinini dediyi ünvana aparırmış. Lakin
müştəri deyilən ünvana çatmamış sürücünü  geri qaytararaq ondan
avtomobili digər istiqamətdə sürməyi tələb edib. Bu zaman avtomobilin
yanacağı bitib. Sürücü Emin Cəfərov yanacaq almaq üçün  sərnişindən
yolhaqqını  tələb etdikdə onlar arasında mübahisə yaranıb. Bu zaman
 “Qara ” ləqəbli  sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla  ona
bir neçə zərbə endirərək aradan çıxıb. Zərərçəkmiş Emin Cəfərov isə
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində  araşdırma aparılr,
cinayət hadisəsini törətmiş şəxsin saxlanılması istiqamətində tədbirlər
görülür.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031